Gunel Mahmudova.. 2009 – oktyabr 24

Wapgun

Mahmudova Günel Rasim qızı 24 oktyabr 1986-cı ildə Goranboy şəhərində anadan olmuşdur.1993-cü ildə Bakı şəhəri Nəsimi rayonundakı 46 saylı orta məktəbin 1-ci sinifinə getmişdir.Orta məktəbilləri ərzində özünü aktiv şagird kimi göstərmiş, məktəbin təşkil etdiyi tədbirlərdə fəal iştirakına görə fəxri fərmanlarla təltif edilmişdir. 2004-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmiş və qəbul imtahanlarında 564 bal toplayaraq Bakı Dövlət universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakultəsinə daxil olmuşdur. Günel Beynəlxalq münasibətlər ixtisasını seçmiş və bu ixtisas üzrə təhsilini davam etdirmişdir.

2006-cı ilin aprel ayından “İRƏLİ” ümumrespublika gənclər hərəkatına üzv olmuş və ictimai fəaliyyətdə özünü aktiv gənc kimi göstərmişdir. Hərəkatda olduğu cox az bir müddət ərzində “İRƏLİ”-nin təşkil etdiyi Fransız və İnglis dilləri üzrə müəllimə kimi fəaliyyət gostərmiş, bir çox gəncin xarici dillərdə maarifləndirilməsində böyük rol oynamışdır. Bir neçə böyük layihələrdə iştirak etmiş və qısa müddət ərzində “Beynəlxalq əlaqələr və Qarabag” departamentinə daimi üzv seçilmişdir. “İRƏLİ” ümumrespublika gənclər hərəkatının təşkil etdiyi “Xəzər incisinin yeddi mirvarisi” layihəsı məhz Günel Mahmudovanın ideyası əsasında həyata keşirilmişdir.

Bəli Günel haqqında çox şey yazmaq olar… Oxumağa davam et

Vətənpərvərlər “Xalqın səsi-müstəqillik” adlı tədbirə dəvət olundular.

Bu gun 19 oktyabr tarixində ADİU-nin “Biznes İnzibatçılığı” fakultəsində 18 oktyabr Müstəqillik  gününə həsr olunmuş “Xalqın səsi-müstəqillik” adlı tədbir keçirildi.

1111

1113

1112

Savalan ad günün mübarək

Sav2

“Cəsurlar 1 dəfə, qorxaqlar isə min dəfə ölər”, “Cəsarət öyrədilməz qazanılır”. Vaxtilə deyilmiş bu sözləri hamımızın yaxşı tanıdığı Savalan Cabbarova aid etmək olar. Onun ölümü haqqda olan həqiqətləri artıq bütün Azərbaycan bilir.

Məhz bu gün oktyabr ayının 16-sı onun 22 yaşı tamam olurdu. Ancaq o bu 22 yaşını öz doğmaları və yaxınları ilə deyil, ALLAHın ona nəsib etdiyi məkanda o biri dünyada qeyd etdi.

Bütün sadiq insanlar kimi biz də öz növbəmizdə bu gündə Savalanı tək qoymadıq. Ad günündə onun qəbrini ziyarət etdik. Həmən gün faciəli şəkildə həlak olmuş Savalan qardaşımız ilə birgə eyni qəbirstanlıqda, eyni yerdə Tamella müəllimə də yatırdı.

Illər keçəcək, ancaq hər bir insan Savalan haqqında maraqlananda bir şeyi eşidəcək. O cəsur bir oğul idi  və cəsur kimi də şəhid oldu. ALLAH Savalana və onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin.

P.S. Bir gənc olaraq isə sizdən xahişimiz budur …. Bir insan olaraq düşünün, bu qatil sizin də universitetə daxil ola bilərdi və Savalan kimi cəsur ola bilməsəniz də ən azından onun kimi sizədə güllə dəyə bilərdi. Bunu düşünün və unutmayın! Bu cür günlərdə şəhidləri yad etmək hər bir vətəndaşın borcudur.

Hörmətlə: Unutmayan Musa!

Keçmiş klub üzvləri dəyirmi masaya dəvət olundu.

10 oktyabr 2009-cu il tarixində keşmiş klub üzvlərindən Musa Qurbanov və Mirhüseyn Mirhüseynov “Mərkəz” (gündəlik işgüzar və ictimai-siyasi) qazetinin təşkil etdiyi “Uşaq və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsində təhsilin rolu” adlı deyirmi masaya dəvət olundular. Təxminən 2 saat davam edən bu dəyirmi masada maraqlı fikirlər söylənildi. Gələcəkdə bu istimətdə hansı işlərin görülməsi haqqda müzakirələr aparıldı. Dəyirmi masada “İrəli” İctimai Birliyinin üzvlərindən başqa “Təfəkkür” , BDU , BSU, universitetinin tələbələri, Gənclər İdman Nazirliyindən Əli Məmmədov, 21 saylı Bakı şəhəri uşaq yaradıcılıq birliyindən Fatma Təhməzova, Bakı şəhəri Təhsil İdarəsindən Əliyev Rövşən, Respublika uşaq təşkilatından Roza Fərzəliyeva, Uşaq hüqüqları üzrə QHT alyansından isə Dadaş Əhmədov, “Mərkəz” qazetinin baş redaktorunun 1-ci müavini Nicat Sadıqlı da iştirak etdi.

P.S. “Mərkəz” qazeti bu cür dəyirmi masaların bu layihə çərçivəsində bir neçə dəfə keçiriləcəyini də vurğuladı, növbəti görüş 7 noyabr tarixinə planlaşdırılır.

1

2

3

4

“İRƏLİ” İctimai Birliyi Qocaları yad etdi

43

1

2

Müxtəlif layihələrlə fərqlənən “İRƏLİ”çi gənclər xeyriyyə tədbirlərində də hər zaman aktiv iştirak edirlər. Bu günə qədər onlarla xeyriyyə tədbirləri təşkil etmiş gənclər bu ay da xeyriyyə tədbiri kemirdilər.
Belə ki, 26 iyun “İRƏLİ” İctimai Birliyinin “Ireliwap.com” saytı Bilgəh qəsəbəsindəki 1 saylı “Qocalar evi”-ni ziyarət etdi. Hər il olduğü kimi bu il də “İRƏLİ” qocaları yad etdi. 170 nəfər sakini olan bu “Qocalar evi” bu gün yüksək əhval-ruhiyyə içində idi. Qocaların üzündə sevinc hissi görünürdü.
Nahar yeməyi olduqdan sonra “İRƏLİ”çilərin aktiv iştirakı ilə geniş konsert proqramına start verildi. Cürbəcür rəqslərlərlə öz məharətlərini göstərən qocaların içindən 2 nəfər, 1-qadın və 1- kişi olmaqla “İRƏLİ” İctimai Birliyi tərəfindən mükafatlandırıldı. Hədiyyələri qazanan qocalar çox həyəcanlı idilər.
Qocalar tədbir boyu fasilələrlə öz ürək sözlərini dedilər. Doyunca oynayıb, rəqs etdilər.
Konsert şənliyində iştirak edə bilməyən qocalara isə nahar yeməyi öz otağında paylanıldı. Onlarla fərdi olaraq səmimi söhbətlər aparıldı, onların istəkləri, problemləri dinlənildi.
Hər dəfə bu cür bir tədbirdən sonra insanın həyata baxıçı dəyişir. İçimizdə “Qocalar evi”-ndə ilk dəfə olanlar da var idi ki, öz göz yaşlarını saxlaya bilmədilər. Həqiqətən bu cür anaların, ataların atıldığını görmək ürəkaçıcı deyil.
P.S. ALLAH heç zaman bizi bu qocaların övladları kimi naşükür övlad, bu qocaların özləri kimi qoca etməsin . Həqiqətən insana çox ağır gəlir. Arzumuz budur ki, bu cür aksiyalar daha tez-tez keçirilsin və gələcəkdə bu cür halların təkrarlanmaması üçün mənəviyyat yönlü maarifləndirmə işləri aparılsın.

“Müasir Azərbaycan” adlı inşa müsabiqəsi

1s

2s

3s

Bildiyimiz kimi “28 may” Azərbaycan respublikasının tarixində çox önəmli günlərdən biridir.

1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu hakimiyyət 23 aylıq fəaliyyətdən sonra 1920-ci ilin aprelin 27-də süqut edib.

İllər sonra, daha düzünü desək 71 il sonra Azərbaycan xalqı öz dövlət müstəqilliyini yənidən bərpa etmişdir. Oxumağa davam et

“Ermənistani tanıyaq” adlı mühazirə

2

1

17 may 2009-cu il tarixində “İRƏLİ” İctimai Birliyinin qərərgahında hər həftə olduğu kimi bu həftə də siyasi mövzuda mühazirə var idi.

Bu gün Fərhad Məmmədov “Ermənistanı tanıyaq” adlı mövzuya toxunaraq, gənclərə bu haqqda geniş mühazirə dedikdən sonra onların suallarına cavab verdi. Gənclər bu gün onlar haqqında bilmədikləri bir çox məlumatları əldə etdilər. Hər bir cəhətdən özlərində hər zaman yalan formalaşdırmış ernənilər haqqında həqiqətləri eşitmək çox maraqlı idi.

Bu gün keçirilmiş mühazirədə bir neçə vacib məsələlər haqqında da müzakirələr aparıldı ki, bura Türkiyə-Ermənistan münasibətləri və “Sərhəd” mövzusu da aid idi.

P.S. Özünü tanıdığın qədər düşmanını da tanımalısan.

Erdogan: “İşğal aradan qaldırılmasa, Türkiyə-Ermənistan sərhədləri açıla bilməz”

irt

Bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib. Təkbətək görüşdən sonra iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılıb. Görüş və danışıqlardan sonra İ. Əliyev və R. T. Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Azərbaycan prezidenti İ. Əliyev ikitərəfli münasibətləri, iqtisadi əlaqələrin mövcud durumu və perspektivlərini, enerji məsələsini, bölgədəki vəziyyəti və Dağlıq Qarabağ probleminin həlli yollarını müzakirə etdiklərini açıqlayıb. İki ölkə arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan İ. Əliyev Azərbaycan və Türkiyə xalqlarının qardaşlığına diqqət çəkib: “Azərbaycan-Türkiyə əlaqələri böyük tarixə malikdir və çoxşaxəlidir. Biz həm bu əlaqələrin inkişafı, həm də bölgədə sülh əldə edilməsi üçün birgə səylər göstəririk, beynəlxalq məsələlərlə bağlı birgə mövqedən çıxış edirik. Biz istəyirik ki, bölgədə sülh nə qədər mümkündürsə, o qədər tez əldə olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin, bölgədə əməkdaşlıq genişlənsin. Çox səmimi söhbət oldu, bir çox məsələyə aydınlıq gətirildi və mən bundan çox razıyam. Gələcək əməkdaşlıq və birgə fəaliyyət üçün gözəl imkan yarandı”.

Oxumağa davam et

SAVALAN CABBAROV

savalan-copy

1

21

Bu gün 3 may 2009-cu il tarixində “Ireliwap.com” saytının üzvləri 30 aprel ADNA-nda baş vermiş qanlı faciədə həlak olmuş Savalan Cabbarovun məzarını ziayarət etdi.

Düzdür bu 30 nəfərə yaxın gənclərin içində heç kim həyatda Savalanı tanımırdı. Ancaq Savalanın ölümündən sonra hər kəs onu tanıdı. Onun bir çoxlarına bəlli olmayan insani keyfiyyətləri üzə çıxdı. Onu tanıyanlar onun haqqında ancaq yaxşı sözlər deyir. Savalan yaddaşlarda qalacaq bir insandır . Onu tanıyan insanlardan biri bizim bu saytımızda yazır:

SUNARA, on May 2nd, 2009 at 7:37 pm Said:

Oxumağa davam et

ADNA-IRƏLI-TERRORA YOX

AZERBAIJAN-SHOOTING/COLLEGE

Ireli Ictmai Birliyinin wapsaytinin uzvlerinin maraqli Fikirleri!

Versace

30.04.2009 10:40:17

Hadiseye demek olar ki en yaxinliqda yerlesenlerden biri men idim,hele de hadisenin shokunu ata bilmirem olen ve yaralilari bizim xestexanaya getirmisdiler, cox qorxunc idisanki bir gulle ile vurmamisdilar.. Neche nefer gozumuzun qabaginda dunyasin deyiwdi..hazirda 3u emeliyyat olunur 1nin veziyyeti cox agirdi(( Allah rehmet elesin..

ZARAZA

30.04.2009 13:28:23

Cox dehwetli hiss kecirdim.genc insanlar hec neyin ustunde hansisa axmagin gullesine tuw geldiler.onlarin yerinde biz de ola bilerdik.Allah olenlere rehmet,ailelerine ise sebir versin.

CooL_GirL

30.04.2009 13:30:36

ALLAH rehmet elesin ölenlere,ailelerine de sebr dileyirem ALLAHdan. Xestexanada ölenlerin ve yaralilarin yaxinlarini gördum inaninki dehwet idi. ALLAH birde göstermesin bele hadise.

Aysel

30.04.2009 14:21:51

Bizim dersimiz mehkeme tibb ekspertizasindaydi. Olenlerden 3-nu bizim morqa getirmiwdiler.Valideynlerin uzune baxmaq olmurdu.Sadece,dehwet.Allah rehmet etsin!

Oxumağa davam et