“İRƏLİ” İctimai Birliyi Qocaları yad etdi

43

1

2

Müxtəlif layihələrlə fərqlənən “İRƏLİ”çi gənclər xeyriyyə tədbirlərində də hər zaman aktiv iştirak edirlər. Bu günə qədər onlarla xeyriyyə tədbirləri təşkil etmiş gənclər bu ay da xeyriyyə tədbiri kemirdilər.
Belə ki, 26 iyun “İRƏLİ” İctimai Birliyinin “Ireliwap.com” saytı Bilgəh qəsəbəsindəki 1 saylı “Qocalar evi”-ni ziyarət etdi. Hər il olduğü kimi bu il də “İRƏLİ” qocaları yad etdi. 170 nəfər sakini olan bu “Qocalar evi” bu gün yüksək əhval-ruhiyyə içində idi. Qocaların üzündə sevinc hissi görünürdü.
Nahar yeməyi olduqdan sonra “İRƏLİ”çilərin aktiv iştirakı ilə geniş konsert proqramına start verildi. Cürbəcür rəqslərlərlə öz məharətlərini göstərən qocaların içindən 2 nəfər, 1-qadın və 1- kişi olmaqla “İRƏLİ” İctimai Birliyi tərəfindən mükafatlandırıldı. Hədiyyələri qazanan qocalar çox həyəcanlı idilər.
Qocalar tədbir boyu fasilələrlə öz ürək sözlərini dedilər. Doyunca oynayıb, rəqs etdilər.
Konsert şənliyində iştirak edə bilməyən qocalara isə nahar yeməyi öz otağında paylanıldı. Onlarla fərdi olaraq səmimi söhbətlər aparıldı, onların istəkləri, problemləri dinlənildi.
Hər dəfə bu cür bir tədbirdən sonra insanın həyata baxıçı dəyişir. İçimizdə “Qocalar evi”-ndə ilk dəfə olanlar da var idi ki, öz göz yaşlarını saxlaya bilmədilər. Həqiqətən bu cür anaların, ataların atıldığını görmək ürəkaçıcı deyil.
P.S. ALLAH heç zaman bizi bu qocaların övladları kimi naşükür övlad, bu qocaların özləri kimi qoca etməsin . Həqiqətən insana çox ağır gəlir. Arzumuz budur ki, bu cür aksiyalar daha tez-tez keçirilsin və gələcəkdə bu cür halların təkrarlanmaması üçün mənəviyyat yönlü maarifləndirmə işləri aparılsın.