Savalan ad günün mübarək

Sav2

“Cəsurlar 1 dəfə, qorxaqlar isə min dəfə ölər”, “Cəsarət öyrədilməz qazanılır”. Vaxtilə deyilmiş bu sözləri hamımızın yaxşı tanıdığı Savalan Cabbarova aid etmək olar. Onun ölümü haqqda olan həqiqətləri artıq bütün Azərbaycan bilir.

Məhz bu gün oktyabr ayının 16-sı onun 22 yaşı tamam olurdu. Ancaq o bu 22 yaşını öz doğmaları və yaxınları ilə deyil, ALLAHın ona nəsib etdiyi məkanda o biri dünyada qeyd etdi.

Bütün sadiq insanlar kimi biz də öz növbəmizdə bu gündə Savalanı tək qoymadıq. Ad günündə onun qəbrini ziyarət etdik. Həmən gün faciəli şəkildə həlak olmuş Savalan qardaşımız ilə birgə eyni qəbirstanlıqda, eyni yerdə Tamella müəllimə də yatırdı.

Illər keçəcək, ancaq hər bir insan Savalan haqqında maraqlananda bir şeyi eşidəcək. O cəsur bir oğul idi  və cəsur kimi də şəhid oldu. ALLAH Savalana və onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin.

P.S. Bir gənc olaraq isə sizdən xahişimiz budur …. Bir insan olaraq düşünün, bu qatil sizin də universitetə daxil ola bilərdi və Savalan kimi cəsur ola bilməsəniz də ən azından onun kimi sizədə güllə dəyə bilərdi. Bunu düşünün və unutmayın! Bu cür günlərdə şəhidləri yad etmək hər bir vətəndaşın borcudur.

Hörmətlə: Unutmayan Musa!