“İRƏLİ” Şəhidlər xiyabanını ziyarət etdi

 

2 dekabr saat 11:30-da “Ireliwap.com” saytı və “Vətənpərvərlər klubu”-nun təşəbbüsü ilə bir qrup “İrəli”-çi “Şəhidlər xiyabanını ziyarət etdilər. 35-40 gəncin iştirak etdiyi bu tədbirdə fərqlilik var idi. Gənclərimiz yürüşə başlamamışdan əvvəl Azərbaycanımızın üçrəngli bayrağı altında Dövlət himinimizi oxudular.Başımızın üstündə dalgalanan bayrağ və dillərdə oxunan himn bir dovlət atributu kimi insanın vətən sevgisi isə dolu olan qəlbini oxşayırdı. O bayraq,  o himn kiməsə təsir etməyə bilər. Ancaq bunlar o kəslərdir ki, onlar “Şəhidlər xiyabanına daxil olarkən ancaq bir hiss keçirirlər. “Yazıq Şəhidlər həlak oldular”. Təəssüf hissi ilə ziyarət edirlər xiyabanı.

   Ancaq bu gün tam fərqli bir gün idi. Bu gün hər bir gənc bayraq altında himn oxudu və fərəh hissi ilə pilləkənləri qalxıb Xiyabana daxil oldu. “Bu bizim göz yaşı tökəcək yerimiz deyil, bu xiyaban bizim qəhramanlıq dastanımızdir və burda yatan qəhramanlar, şəhid olmuş qız və oğullar yalnız 20 yanvar günü deyil hər gün hər an ziyarət olunmağa layiq bir Azərbaycan övladlarıdır”!Yazdığım  bu sözlər bu gün yürüşdə iştirak edən hər bir “İrəli”-çinin beynindəki fikir idi. Bəli biz bu günki yürüşlə sübüt etməyə çalışdıq ki, “Şəhidlər xiyabanı” yalnız 20 yanvar günü ziyarət olunası bir yer deyil. Hər bir Vətən övladı bu şəhidlərin bizim dövlət müstəqilliyimiz uğrunda şəhid olduğunu dərk etməli və imkan olduqca tez-tez bu Vətən ugrunda canından keçmiş qəhrəmanların yatdığı bu şərəflı məkanı ziyarət etməlidir. Bizim bu günki ziyarətimizin əsas məqsədi də bu idi.

   “Vətənpərvərlər klubu” bu cür tədbirlərin ənənəvi hal alması üçün əlindən gələni edəcəkdir.

 

P.S.İrəli şəhidləri unutmur!

Bir şərh yazın