Müsabiqədə 2-ci yer tutmuş şagirdin inşası ( 116 saylı məktəb )

Mən Vətənpərvərəm

Salam Azərbaycanş Salam mənim göz açdığım doğma və əziz vətənim, əziz həmvətənlərim. Salam olsun o insanlara ki, vətən uğrunda öz canlarından keşməyə belə hazırdırlar.

Mən sizə kimdən deyim? Kimdən danışım? Mən sizə bütün Azərbaycan xalqının qəlbində iz qoyub getmiş, təcrübəli operator, bəstəkar, qəlbində həmişə vətən sevgisi olan gözəl bir şəxsiyyətdən danışım. Bu şəxsiyyət Çingiz Fuad oğlu Mustafayevdir.

Erməni separatçıları Azərbaycanın qərb torpağlarına hücum edib minlərlə günahsız insanları öz el-obasından qovdular. Bəzi insanları isə cürbəcür iyrənc işgəncələr edib öldürdülər. Ermənilər qocaları, körpələri, qadınları qəddarcasına öldürəndə Çingız Mustafayev bütün bu görüntüləri ürəkağrısı ilə lentə almışdır.

O döyüş zamanı qorxmurdu. Mərdliklə döyüşün içində öz igidliyini göstərmişdir.

Erməni separatçıları bizim yurdumuza qarşı 32 terror aktı törıtmişlər.

Azərbaycan xalqı çox qədim bir keçmişə malik olan bir xalqdır, ancaq bizim torpaqlara qənim kəsilmiş bu ermənilərin heç on yeddincı əsrdə belə birdənə də olsun dədə-babaları olmamışdır. Bilinmir ki, bunlar hardan gəlmişdir. Ermənilər bizə qarşı bu terrorlardan heç birini özləri təkbaşına törədə bilməzdirlər. Ermənilərin arxasında Ruslar və başqaları dururdu. Yoxsa ermənilər Azərbaycanın bir qarış belə torpagını ələ keşirə bilməzdirlər. Torpaqlarımızı ələ keçirməkdən əlavə heç öz dövlətlərini belə yarada bilməzdirlər. Ancaq mən bilmirəm necə olur ki, ermənilər Azərbaycana qarşı bu qədər terror törədirlər. Biz isə ermənilərə heç bir cavab verməmişik. Bunun səbəbi görəsən nədir? Çox adam deyir ki:” Bizim nə vecimizə kimin torpağı alınıb getsin geri alsın. Ancaq bu belə deyil. Əgər mən və ya başqaları biz bu torpaqda doğulmuşuqsa deməli lazım gəldikdə bu vətən uğrunda canımızdan belə keməyə hazır olmalıyıq.

Hamının yadında “Qan yaddaşı” kimi qalan “20 yanvar” gecəsini heç kəs unuda bilməz. Düzdür biz o gecəni görməmişik. Ancaq valideynlərimiz, bizdən böyuklər həmən gecənin şahidi olmuşlar. O gecədə yüzlərlə insan vətən uğrunda şəhid olmuşdur. Mən vətənpərvər insan onlara deyirəm.

Bundan başqa Azərbaycanın sayıla bilməyəcək qədər qəhrəman oğul və qızları var. Salatın Ələsgərova, Əlyar Əliyev, Qədir Məmmədov, Firdovsi Bağırov, Nemət Quliyev və başqaları belə vətənpərvər övladlarımızdandır.

Mən də hamıya belə vətənpərvər olmağı arzulayıram. Torpaq- uğrunda ölən varsa Vətəndir. Mən bu inşanı vətənpərvər olduğum üçün yazdim. Sağol,  ey Azərbaycan

Bir Cavab

  1. ele bu

Bir şərh yazın