Müsabiqədə 1-ci yer tutmuş şagirdin inşası ( 116 saylı məktəb )

Mən Vətənpərvərəm

Vətən bizim yaşadığımız kənddən,şəhərdən qəsəbədən,rayondan başlanır.Vətən onun gözəlliyinin şahidi olan atlas çəmənlərdən,dibi görünməyən yamyaşıl meşələrdən ,durna gözlü bulaqlardan,çoşqun çaylardan,mavi göllərdən  başlanır.

Vətən müqəddəsdir,ülvidir.Onun hər şeyi dağı,daşı,torpağı,suyu,səması bizim üçün əzizdir,doğmadır.

Əgər öz yaşadığın yerin,ozuyub təhsil aldığın,boya-başa çatdığın torpağın keçmişini,bu gününü yaxşı bilməsən,onun sərvətini qoruma,çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan,sən əsl vətəndaş ola bilməzsən.

Vətən…BU kəlmə nə qədər də mənalı və dərindir.Deyilişi şirin olduğu kimi,məzmunu,qayəsi də yüksək və hikmətlidir.

Biz ona dedikde vətəni,vətən dedikdə anamızı düşünürük.Çünki vətən də bizə anamız qədər doğma,anamız qədər əzizdir.Ana müqəddəsliyi vətən müqəddəsliyi,vətən ucalığıdır.

Mənim vətənim Azərbaycandır.Mən bu gözəl yurdu bütün qəlbimlə sevirəm,bütün varlığımla bu füsunkar diyara bağlıyam.Mənim vətənim gözəlliklər məskəni,gözəlliklər diyarıdır.Mən vətənimin  laləli çöllərini,zirvəsi ağ örpəkli,ətəyi yaşıl meşəli dağlarını,coşqun çaylarını,füruzə qaşlı üzüyə bənzər güllərini,şır-şır axan bulaqlarını canımdan artıq sevirəm.Yaşıl ormanlar,mavi səma,ağ çalmalı dağlar,dərələrdən axan şəffaf çaylar,yurdumun füsunkarlığını birı-min artırır.Təbiətin əfsanəvi gözəli Göygölə kim vurulmaz?!

Azərbaycanımın, Odlar diyarımın gözəllikləri haqqında şairlərimiz,yazıçılarımız çoxlu əsərlər yazmış,bəstəkarlarımız musiqi bəstələmiş yazıçılarımız öz əsərlərində dolğun əks etdirmişlər.

Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur,heç vaxt öz təravətini və gücünü itirmir və elə buna görədir ki,insan bu sevgiyə köklənəndə dünyanın bütün gücü onun qoluna toplanır,göyün bütün işığı və nuru onun qəlbinə,fikrinə dolur.Mən də bütün qəlbimdə ana ocağa,ata yurdum Azərbaycana – Odlar diyarına,bu müqəddəs torpağa bağlıyam.Onun fərəhi mənim fərəhim,onun kədəri mənim kədərimdir.

İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir.Sonsuz əngəlliklərə,doğma torpağa dikilmiş bütün məhəbbətli gözlər,hələ beşikdə çırpınan balaca körpələrimizin ürək qəlbləri ancaq bu nəğməni zümzümə edir.Bu nəğməni hərə bir cür oxuyur.Onu döyüş harayi,Koroğlu nərəsi,qılınc zərbəsi ilə də oxuyanlar olub.Bulaq pıçıltısı,qadın isməti,Nigar vəfası,Həcər sədaqəti ilə oxuyanlar da.

Mənim də qəlbimdə doğma yurduma həsr etdiyim öz nəğməm var.Bu nəğmənin hər kəlməsi Vətəndir,hər notu,hər səsi Vətən sevgisi ilə yoğrulmuş əzəli və əbədi bir musiqidir.

Mən öz Vətənimi – doğma Azərbaycanımı hədsiz məhəbbətlə sevirəm.Mənim müqəddəs borcum Vətənə,onun çiçəklənməsinə xidmət etmək,Vətənin hər qarış torpağına sinəmi sipər edib onu qorumaqdır.Xüsusən indiki vaxtda , Vətən ərazisinin 1/5 hissəsinin yağı tapdağı altında olduğu bir zamanda Vətən bizdən daha böyük hünərlər gözləyir və mən bütün qanımla,bütün canımla onu qorumağa hazıram.Mən bu gün Vətənə borcumu oxumaqla,sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla,iqtisadiyyatın və mədəni-siyasi müxtəlif sahələrində çalışmaqla verəcəyəm.Vətəni qorumaq ,onu inkişaf etdirmək və çiçəkləndirmək bizim hamımızın şərəf işi,vətəndaşlıq borcudur.

Vətən sevgisi nədir?İlk baxışdan mücərrəd görünən bu anlayış əslində konkret əməllərdə təzahür edir.Vətəni sevmək,Vətən naminə yaşamaq,ona xidmət göstərmək üçün hansısa seçilmiş bir sənət,peşə sahibi olmağa lüzum yoxdur.Fəhlə də,həkim də,alim də Vətən üçün yaşaya,öz əməli ilə Vətənin şöhrətini artıra bilər.Kifayətdir ki,ürəkdə təpər,istək,təəssübkeşlik olsun.Əsgər döyüş meydanlarında vuruşur,Vətən qarşısında borcunu səngərdə yerinə yetirir.Fəhlənin,mühəndisin əməyi ilə məmləkətin iqtisadi qüdrəti artır.Alim əməyi isə Vətən üçün Günəş işığı ilə müqayisə edilə bilər.

Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla,Vətənlə bağlıdır.Vətən borcu vətəndaşlıq borcudur.

Vətən torpağı bizim üçün səcdəgahdır,toxunulmazdır,müqəddəsdir.Əsl vətəndaş odur ki,öz vətənini öz qəlbi ilə,cani ve qanı ile sevir.Onun azadliq ve istiqaliyyəti uğrunda hər an canını qa verməyə hazirdır.İnsan həyata bir defe gəlir və bir dəfə nə vaxtsa köçüb gedir.Lakin Vətən uğrunda canıdan keçən qərəmanlar əbədi bir həyata qovuşur,ölənlərdən sonra şərəflə yad edirlər.

Ana Vətenimiz Azerbaycan Cavanşir,Babək,Koroğlu,Mehdi,Qafur,Hezi kini igidlər yurdudur.Bu qəhrəmanlar Vətəmizin azadlığı,xoş həyatı namiə mübarizə aparmış,bu yolda öz canlarını da qurban vermişlər.

Fikrləşirəm ki, niyə bıs indi elə igidlər qəhrəmanlar yetişdirmiş bu torpaq?Hanlı igir Babəklər,Qoç Koroglular,Qaçaq Nəbilər?Bəlkə keçmişimizə güvənib bu günümüzü itirmişik.

Fikirləşdikcə də nə qədər səhv düşündüyümü,səhvə yol verdiyimi anlayıram.Şəhidlər Xiaybanı yaıma düşür.Şəhid ruhralı qarşısında özünü müqəssir görür,Fikirlərimdən özüm utanıram.Həyatda nakam getmiş bu vətən övladlar doğma yurda sədaqət rəmzi,məhəbbət sinvoludurlar.Onlar vətən uğrunda vuruşmuş,vətən uğrunda canlarını qurban vermişlər!Eşq olsun belə qəhrəmanlara.Eşq olsun onların amalına məskəninə!Bax budur esl vətəndaşlıq borcu,vətəndaşlıq amalı.

Vətən müqəddəsdir,vətən əzizdir.Bizim bütün sevgilərimizin əvvəlidə,axırıda vətənlə bağlıdır.

Mən “Vətən” anlayışını müqəddəsliyini dahi Üzeyirin Koroqlu verturasını dinləyəndən,Sabirlə Mirzə Cəlili oxuyub dərk etməyə başlayandan duymuşam.Bu müqəddəslik mənim qəlbimə ana laylası ilə,ana zümzüməsi ilə axıb,Vətən təkcə torpaq,yurd-yuva deyil.Vətən bizik,hamımızıq.Onun dünəninə də,bu gününə də və sabahına da hamımız cavabdehik.Əməyimizlə lazım gəlsə canımızla və qanımızla.

Vətən dəyişmir, satılmır,köhnəlmir,qocalmır.O tabe qismətidir,ulu yaradan tərəfindən bizlərə bəxş olunub.Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur.O əbədi və əzəlidir.Onun göylərində əcdadlaımızın ruhları dolaşır.Bu vətəni bizlərə babalarımız ərmağan etmişlər.Əcdadlarımız onun  uğrunda vuruşmuşlar,qan tökmüşlər,yağılardan qorumuşlar.Bu vətəndə övladlarımız dünyaya gələcək…

Vətən yalnız üstündə gəzmək,qayğısız ömür sürmək,sərvətlərinə,gözlərinə baxıb güllənmək üçün bu məkan deyildir.Biz vətənimizlə qurur duyduğumuz kimi,həmdə onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq.

Mən də öz ölkəmin vətəndaşıyam.Vətən qarşısında məndə bütün  həyatımı,bütün varlığımı borcluyam.Lazım gələrsə,vətən uğrunda hər an canımı qurban verməyə hazıram.Bu,təkcə mənim yox,mənim kimi bütün gənclərin fikridir.Biz hər an vətənin keşiyindəyik,hər an canımızla,qanımızla onu müdafiyə etməyə hazırıq.

78 Cavab

  1. salam. senin imşan çox gözəldi. afərin sənə

  2. GOZEL SEYLER QOYUBSUZ XOSMA GEL DI ELA DI SAGOLUN MENE BOYUK KOMEKLIYI OLDU >

  3. coz saol gozel idi halaldi sene. vetene senin kimiler cox lazimdi .

  4. gozeldi

  5. HALALDIRRRRRRR VALLAH

  6. bu cox gozel inşadır afərin sənə kədərləndirdin məni

  7. Tebrik edirem canim

  8. aaaaaa bu insa butun kitablarda var o ozu yazmayib…….Acin insa kitabini baxiiiiiiiiiiiiiiiin

  9. amma bu meqale cox isime yarayacagini bilmirem 5 de oxuyuram insalazim idi gorek nece aliram

  10. cooox sagol vetenımıze aıd ınsa yazdıgına gore gelın bırlık olalım ve vetenımızı qoruyalım

  11. cooooox saol superdi helə belə esse gormemisem

  12. Cox xowuma geldi be menim inwama da komek oldu.tewekkurler.

  13. cox gozel maraqli insa movzusudu. cox sagolun

  14. eladi insan.cox sag olun!mene cooooooooox komekliyi oldu.

  15. eladi amma azerbaycanin gozellikler meskenidri insasi lazimdir mene

  16. coxxxxx superrrrr beyendim ve yazdim mene coxx komek oldu bunu yazandan ALLAH razi olsun sagolun

  17. 1 cii yera laiq insa deyil ve hem de ki ezberlenib yazilmis bir yazi kmi bir seydir.Pafoslu ifadelerden basqa bir sey gormedim icinde

  18. halaldi vallah

  19. konkret insa eladi menede boyuk komeyliyi oldu sagolsun yazan qiz)))

  20. salam mene ‘menim menevi borcum’ adli insa lazimdi axsama qeder yaza bilersiz????????

  21. cccccook guzel bir insa

  22. YAXSIDIR GOZEL

  23. superdii

  24. saqolsun xoşuma gəldi köçurtdum və 5 aldım

  25. çox gözel xiyara benzeyir

  26. COX SAGOL INSAN MENE COX KOMEKLIK ETDI:)

  27. yaxwidi ama veten torpagi haqdada olsa yaxwi olardi

  28. Çox gözəl

  29. Əla.Müəllim tapşırıq vermişdi burdan yazaram.

  30. NE GIJDILLAX! GIJDILLAX! SEYLER YAZIB QEHBENIN QIZI AGZINA. AXITIM ONUN PEYSEL.
    GUYA VETENPERVERDI,ONANN OLSA OLSA VETEN PEYSELI OLAR…… GOTUNU SIKIM

  31. yaxwi insa idi mene komeyi oldu

  32. Yaz da tebiet

  33. bunu özü yazmayıb kimse deyib

  34. Cox gozel Bizde de insa olacaqdi hamisini kocurub muellimeye verecem 5 alacam 😄😃😀😘😘😘😘

  35. mene bu lazim idi cox sag ol

  36. bu insani sen yazmamisan INTERNETDEN goturmusen

  37. cox gozeldir cox beyendi doru turk dilinde tercume etmeli oldum yinede

  38. ooooooooooooo fenerbahce

  39. en buyuk fene bizim fener

  40. 1-ci yere layiqdir

  41. men nazperi bunu cox beyendim

  42. galata qoraq pisik

  43. naxislarda cox gozeldir

  44. daha yaxsisini yaza bilerdim

  45. Cox eladı ozun yazmisansa helaldı

  46. İnsanin ilk cumlesi menim kitabimda var.Vallah

  47. Cox gozellll elaaaaa

  48. super

  49. coooooooooox gozel yazmisan mukkemmeldir
    halaldi

  50. MENDE YARİM SAATDİ İNSA AXTARİRAMŞ
    MUKKEMMEL YAZMİSANŞ
    BİRİNCİLİYİNE GOREDE TEBRİKLER

  51. AZERİ QİZİ BELE OLAR

  52. coxxxxxxx gozel

  53. Halal olsun bele sagirdlere.aferin.

  54. Salam bu insani bu qiz yazmayib bu insa adi insa kitabinnnan goturulub adi ise”Azerbaycan menim vetenimdir”di

  55. cooooox sagolun boyuk komeyi oldu

  56. Cox gozel

  57. Kas bele Vetenperver Qızlarimiz Oğlanlarim iz Cox Olsa 20% torpaqlarmiz Tez Azad Olar

  58. cox gozeldi saoolun

  59. cox gozeldi insa co sagol

suleyman üçün bir cavab yazın Cavabı ləğv et