UNUTMA !
Xocavənd – 18/02/1992
Ərazisi – 1458 km2
Əhalisinin sayı – 84000
İnzibati mərkəzi – XOCAVƏND
Qəsəbələr / Kəndlər
Qaradağlı, Xocavənd, Ömrallar, Muğanlı, Kuropatkin, Tuğ, Haxulu, Salaketin, Günəşli, Xətai. Dağ yamaclarına səpələnmiş beş-on Qarabağ oba sı. Məşhur Tuğ kəndi… Bir qədər əvvəl azərbaycanlılar burada ermənilərlə çəpər-çəpərə yaşayırdılar. Erməni qonşu namərd çıxdı. Xocavənd camaatı hələ ki, qoyub gəldikləri buz bulaqları, səfalı dağları xatirələrində yaşadır, ora dönəcəkləri günü səbrsizliklə gözləyirlər. Hələ ki, Xocavənddə bal kimi şah tut, buz kimi bulaq suyu, şüşə kimi saf hava qəriblik çəkir, əsil sahibləri üçün darıxır…
Coğrafi mövqeyi
Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir. Relyefi əsasən dağlıqdir. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədərdir.
İqtisadi xarakteristikası
Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq mühüm yer tutur.
Xocalı – 26/02/92
Ərazisi – 922 km2
Əhalisinin sayı – 11544
İnzibati mərkəzi – XOCALI
Qəsəbələr / Kəndlər
Xocalı şəhəri, Xankəndi, Kərgicahan qəsəbəsi, Kosalar kəndi, CəmilH kəndi, Meşəli kəndi.
7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının sisiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıda idi.
Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekroloqlar tapılmışdır. Həmçinin burada arxitertur abidələr – dairəvi qəbr (1356-1357-ci illər) və mabzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri bu şəhərdə məskunlaşmışdılar.
Əhali əsasən üzümçülük, heyvandarlıq,arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.
Coğrafi mövqeyi
Rayonun ərazisi əsasən dağlıq və dağətəyi sahədə yerləşir. Rayonda 57 yaşayış məntəqəsi var idi. 26 fevral 1992-ci ildə Xocalı erməni silahlı dəstələri tərəfindən işğal olundu.
İqtisadi xarakteristikası
Rayonun kənd təsərrüfatının əsasını taxılçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıq təşkil edirdi. Rayonda tikinti materialları kombinatı, şərabçılıq zavodu, alkoqolsuz içkilər istehsal edən zavod, böyük donuzçuluq və heyvandarlıq kompleksləri, toxuculuq fabriki, tikiş fabrikləri var idi.
Şuşa – 08/05/1992
Ərazisi – 289 km2
Əhalisinin sayı – 241165
İnzibati mərkəzi – ŞUŞA
Qəsəbələr / Kəndlər
Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçu-lar, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, Şüşiilü, Mirzələr, Qaybalı, Laçmlar, Şırlan Çaykənd, Paşalar, Məmişlər, Xanalılar, İmamqulular, Əmillər, Səfixanlar, Xanlıq-pəyə, Allahqulular, Böyiik Qala dərəsi, Kiçik Qala dərəsi, Salatın kənd, Göytala, Onverst, Turşsu, Zarıslı, Nəbilər
Şuşanın dağları başı dumanlı,
Dərdindən ölməyə çoxdu gümanı…
Ustad Xan Şuşinskinin oxuduğu bu qədim el mahnısını eşidəndə istər-istəməz adamın ürəyinin başı göynəyir. Çünki əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını doğrudan da çox dumanlar alıb. Şuşa 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunub. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri, î cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı “Gövhər ağa məscidi”, Xurşudbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yağmalanıb. Hətta Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəli belə düşmən gülləsinə tuş gəlib… Lakin böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşa erməni işğalından azad ediləcək, elindən-obasınından didərgin düşən qaçqınlar yenidən öz yurduna qayıdacaqlar. Beləcə, Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə havalanacaq “Xanın səsi”, “Qarabağın şikəstəsi…”
Coğrafi mövqeyi
Şuşa Qarabağ silsiləsində 1400-1500 metrdən çox yüksəkliyə malik hamar platoda yerləşir. Dağ-iqlim kurortudur. Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu və Şırlan) var.
İqtisadi xarakteristikası
Rayonunun iqtisadiyyatının əsasını heyvandarlıq, tərəvəzçilik və bağçılıq təşkil edirdi. Erməni silahlı dəstələri tərəfindən işğaldan əvvəl rayonda 120-dən çox idarə və müəssisə fəaliyyət göstərirdi
Laçın – 18/05/1992
Ərazisi – 1875 km2
Əhalisinin sayı – 61763
İnzibati mərkəzi – LAÇIN
Qəsəbələr / Kəndlər
Laçın şəhəri, Qarıkaha, Güləbird, Cicimli, Aşağı Cicimli, Qazıdərə, Səfiyan, Türklər, Xanallar, Suarası, Fərəcan, Yuxarı Fərəcan, Mığıdərə, Tərxanlı, Dəyhan, Dəyirmanyanı, Malxələf, Məlikpəyə, Mazutlu, Köhnəkənd, Qışlaq, Əyrək, Alıcan, İrçan Xumarta, Çəmbərəxaç, Fətəlipəyə, Ağanus, Unannovu, Turşsu, Kərəviz, Zerti, Xırmanlar, Tığik-1, Tığik-2, Ağbulaq, Zabux, Qızılca, Sus, Malıbəy, Hüsülü, Ziyrik, Ağoğlan, Cağazur, Qarqışlaq, Soyuqbulaq, Zeyvə, Qılışlı, Hacılar, Sadınlar, Bqzlu, Qalaça, Mirik Quşçu, Əhmədli, Mİnkənd, Ağbulaq, Qarakeçdi, Katos, Şeylanlı, alxaslı, Kamallı, Çıraqlı, Mişni, Sonasar, Mayıs, Hocaz, Uluduz, Mollalar, Bülündüz, Ayıbazar, İpək-1. İpək-2, Pircahan, Alıqulu, Seyidlər, Qaraçanlı-1, Qaraçanlı-2, Qoşasu, Bölüvlük, Alpoııd, Ağcakənd, Təzəkənd, Ərədəşəvi, Haxnəzər, Qozlu, Fingə, Vağazin, Kalafalıq, Bozgüney, Arduşlu, Ağcayazı, Fərraş, Nurəddin, Piçənis, Xaçıyalı, Çorman, Şamkənd, Nağdağı, Bozdağan, Çorman, Ələkçi, Kürdhacı, Ərikli, Hacsamlı, Aşağı Qarasaqqal, Yuxarı Qarasaqqal, Qarabəyli, Lolabağırlı, Korcabulaq, Qorçi, Zağaaltı, Oğuldərə, Ağalaruşağı, Daşlı, Hətəmlər, Vəlibəyli, Kaha, Nanşlar, Şəlvə, Imanlar. Danbulaq, Hactxanlı, Qovuşuq, Budaqdərə, Qayğı qəsəbəsi.
Laçın – azman dağlar diyarıdır. Naltökən qayalar sinəsindən aşıb keçməyə hər oğulun gücü çatmaz. Hər qaya dibindən bir bulaq qaynayır Laçında – şirin sulu, turş sulu, isti sulu, soyuq sulu bulaqlar. Orada – Güləbirddə dünyanın ən zərif şairi Sarı Aşığın qəbri uyuyur.
Mən aşıq Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qürbət ölkə,
Ölməyə Vətən yaxşı.
Laçın ərazisi başa-baş bir tarix muzeyidir. Abidələr neçə min ildən bu yana tarixi həqiqətlərdən söz açır, milli varlığımız haqqında soraqları bu günümüzə yetirir.
Coğrafi mövqeyi
Laçın rayonu ən yüksək dağ rayonlarından biridir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 3594 m yüksəklikdə yerləşən Qızılboğaz dağıdır. Ərazidə narzan tipli bulaqlar, çoxlu miqdarda müxtəlif tikinti materialları, yataqları vardır. Rayonda 127 yaşayış məntəqəsi yerləşir. 1992-ci il rayonun ərəzisi erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir.
İqtisadi xarakteristikası
Rayonunun iqtisadiyyatında heyvandarlıq əsas yer tutur. Kənd təsərrüfatının əsasını taxılçılıq, meyvəçilik təşkil edir.
Kəlbəcər – 01-04/04/1993
Ərazisi – 1936 km2
Əhalisinin sayı – 53962
İnzibati mərkəzi – KƏLBƏCƏR
Qəsəbələr / Kəndlər
Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, Ləmbəran ərazisi, Zəylik, Zar, Mollabayramlı, Zivel, Çıraq, Şurtan, Qaraçanlı, Keştək, Yellicə, Dalqılınclı, Şaplar, Aşağı Ayrım, Daşbulaq, Milli, Hacıkənd, Çaykənd, İstibulaq, Qılmclı, Nadirxanlı, Sarıdaş, Başlıbel, Taxtabaşı, Tirkeşəvənd, Əsrik, Zülfüqarh, Abdullauşağı, Almalıq, Ağcakənd, Mərcimək, comərd, Dəmirçidam, Seyidlər, Lev, Təkəqaya, Susuzluq, Çəpli, Qamışlı, Yanşaq, Ağdaban, Bağlıpəyə, Çərəktar, Narınclar, Kərəmli. Günəşli.
Kəlbəcər uca zirvədə qərar tutan qartal misalındadı. İstisuyu, allı-güllü yaylaqları insan nəfəsi üçün darıxır indi.
Bahar fəsli, yaz ayları gələndə
Süsənli-sünbüllü, laləli dağlar.
Yîxsulu, ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən aralı dağlar…
Coğrafi mövqeyi
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvə Kamış dağındadır (3724m). Ərazinin çox hissəsi meşəlikdir. Rayonda 132 yaşayış məntəqələri vardı. Rayonun ərazisi 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir.
İqtisadi xarakteristikası
Kəlbəcər rayonunun gözəl və zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri, münbit torpaqları vardır. Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir.
Ağdərə – 07/07/1993
Ağdərə – keçmiş DQMV-nın ən böyük rayonu, 1930-cu ildə təşkil olunub. 1930-39-cu illər Ceraberd, 1939-92-Mardakert, 1992-ci ildən Ağdərə adı bərpa edilib. Ərazisi 1705 kv.km, əhalisi 44400 nəfər olub (1981). İki şəhər tipli qəsəbəsi, 57 kəndi olub. 1992-ci il oktyabrın 13-də Azərbaycan Respublikası Milli Məclisi tərəfindən bir rayon kimi ləğv edilib. (??…).
Tarixi Faktlar!
Ağdərənin statusu bərpa olunmalıdır!
BİR NEÇƏ MİLLƏT VƏKİLİ BU TƏKLİFLƏ ÇIXIŞ ETDİ
Parlamentin dünən keçirilən iclasında bəzi rayonların inzibati ərazi bölgüsündə dəyişiklik edilib. Qeyd edək ki, bununla bağlı məsələnin müzakirəsi zamanı ayrı-ayrı millət vəkilləri Ağdərə rayonunun statusunun bərpa olunması təklifi ilə çıxış edib. Bu təkliflə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, adıçəkilən rayonun yenidən bərpa olunması strateji bir məsələ olduğundan öz həllini tapmalıdır”:: “Mən, bilmirəm ki, Ağdərə ləğv olunanda nə əsas gətirilib. Şəxsən mən bunu yanlış addım kimi dəyərləndirirəm və təklif edirəm ki, bu məsələ öz həllini tapsın”. Digər bir millət vəkili Aqil Abbas da eyni təkliflə çıxış edib. Onun sözlərinə görə, adıçəkilən rayonun sakinləri bunu tələb edir”:: “Bu gün Ağdərə sakinləri Tərtər və Ağdamda qeydiyyata düşüblər. Axı nəyə görə, onlar səpələnməlidirlər. Tələb edirlər ki, rayonun statusu bərpa olunsun və büdcə qurumları formalaşdırılsın”. Milli Məclisin Regional məsələlər daimi komissiyasının yanında işçi qrupunun yaradılması təklifini irəli sürən A.Abbasın sözlərinə görə, yaradılan qrup bununla bağlı iş aparmalıdır. Həmkarlarının fikirlərinə müsbət yanaşan Reginal məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə də bildirdi ki, Ağdərənin statusunun bərpa olunması zəruridir”:: “Mən də hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır. Biz bu gün Ağdərə sakinlərini müxtəlif rayonlara qeydiyyata salmaqla həm də Dağlıq Qarabağın əhalisinin sayını azaltmış olarıq. Bu isə bizim əleyhimizə olan bir məsələdir”. Bununla yanaşı A.Rəhimzadə bildirdi ki, Ağdərənin statusunun ləğv olunması AXC-Müsavat hakimiyyətinin səhv addımıdır. Komissiya sədrinin bu fikirlərinə isə etiraz edən Pənah Hüseyn onunla razılaşmadı”:: “Ağdərənin statusu bərpa olsa belə bu, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların sayına ciddi təsir etməyəcək”.
6 iyun 1992 – Azərbaycan Ordusu Goranboy və Ağdərə (Mardakert) istiqamətində ilk uğurlu hərbi əməliyyata başlayıb. Təxminən 2 ay sürən əməliyyatlar nəticəsində Ağdərə rayonu erməni silahlı birləşmələrindən azad edilib. Nə yazıqlar ki, 1992-ci ilin payızından cəbhədə başlanan uğursuzluq zolağı bu nailiyyəti heçə endirdi. Öncə Zəngilan rayonunun sərhəd kəndləri, 1993-cü ilin əvvəlində isə Ağdərənin əksər yaşayış məntəqələri ermənilərin əlinə keçdi. Milli Məclisin payız sessiyasının gündəliyində Ağdərə rayonunun inzibati-ərazi vahidi kimi bərpa edilməsi məsələsi yoxdur. Bunu «Media forum»»a Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Mətbuat xidmətindən onu da qeyd ediblər ki, hazırda erməni işğalı altında olan Ağdərənin inzibati-ərazi vahidi kimi bərpası istiqamətində Milli Məclis aparatında hər hansı iş aparıldığı barədə onlar heç bir məlumata malik deyillər.
Xatırladaq ki, sovet dövründə Dağlıq Qaradağ Muxtar Vilayətinə daxil olan və Mardakert adlandırılan rayon sonuncu Ermənistan-Azərbaycan müharibəsində işğal edilmiş ilk rayonlarımızdandır. 1992-ci ildə işğaldan azad olunandan sonra Ağdərə rayonu inzibati-ərazi vahidi kimi ləğv olunmuş, yaşayış məntəqələri Tərtər, Kəlbəcər, Ağdam rayonlarının tabeçiliyinə verilmişdi.
1993-cü ilin iyununda keçmiş Ağdərə rayonuna aid yaşayış məntəqələri yenidən işğal olunub.
Ağdərə rayonunun inzibati-ərazi vahidi kimi bərpa ediləcəyi, Milli Məclisin payız sessiyasında bununla bağlı qanun layihəsinin qəbul olunacağı haqda xəbərlər bu günlərdə ölkə mediasında yayılıb.
Ağdam – 23/07/1993
Ərazisi – 1154 km2
Əhalisinin sayı – 153154
İnzibati mərkəzi – AĞDAM
Qəsəbələr / Kəndlər
Quzanlı, İmanqulubəyli, Çullu, Eyvazlı, Üçoğlan, Alıbəyli, Kiçikli, Usublu, Ballar, Baharlı, Ortaqışlaq, Böyükbəyli, Qaradağlı, Rzalar, Evoğlu, Zəngişalı, Mahrızlı, Əfətli, Hacıməmmədli, İsalar, Küdürlü, Həsənçobanlı, Hacıturalı, Qəhrəmanbəyli, Məmmədbağırlı. Çəmənli, Şükürağalı, Saraclı, Xındırıstan, Sarıçoban, Dadaşlar, Kəlbahüseynli, Paşabəyli, Yüzbaşılı-I, Yüzbaşılı-II, Baharlı, Bəybabalar, Baş Qərvənd, Orta Qərvənd, Ayaq Qorvənd, Çıraqlı, Əhmədağalı, Mirəşəlli, Kolqıslaq, Nəmirli, Təzəkənd, Mərzili, Ergi, Şahbulaq.
Ağdam aranlı-dağlı Qarabağın dörd bir tərəfinə uzanan yollar başında qərar tutan mehriban bir ürəkdi. Ağdam Qarabağın ağ günü, ağır-ağır ellərin, elatların yurdudu. Bu yerlər muğam, sənət və şirin-şirin ləhcələrə anadır. Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Xudu Məmmədov, Şövkət Ələkbərova, Sara Qədimova, Arif Babayev, Ramiz Quliyev, Qədir Rüstəmov… kimi istəkli sənətkarlar, müdrik insanlar Ağdamda dünyaya göz açıblar.
Ana nəfəsi var şirin dilində,
Dost ilə böləndi çörəyi Ağdam.
Ümid çıraqları tutub əlində
Külli – Qarabağın ürəyi Ağdam
Coğrafi mövqeyi
Rayonun relyefi əsasən düzənlik, qismən alçaq dağlıqdır. Ərazidə geniş yer tutan Qarabağ düzünün mütləq hündürlüyü cənub-qərbdən şimal-şərqə doğru tədricən azalır. Ərazidə əhəng daşı, sement xammalı, çınqıl və qum yataqları var. Rayon ərazisində Xaçın və Qarqar çayları axır.
İqtisadi xarakteristikası
Rayon iqtisadiyyatının əsasını yeyinti, yüngül sənaye və kənd təsərrüfatı – pambıqçılıq, taxıllıq, üzümçülük, baramaçılıq, heyvandarlıq təşkil edir. Rayonda ət kombinatı, yağ-pendir, konserv, dəzgah avadanlığı və bir neçə şərab zavodları, barama toxumu fabriki, xalça fabriki, mexanikləşdirilmiş daş karxanası, çörəkxana, quşçuluq fabriki, mıişət xidmıti kombinatı və s. müəssisələr var idi
Cəbrayıl – 18/08/1993
Ərazisi – 1050 km2
Əhalisinin sayı – 54430
İnzibati mərkəzi – CƏBRAYIL
Qəsəbələr / Kəndlər
Yarəhmədli, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, İmambağı, Horovlu, Çaprand, Safarşa, Çərəkən, Papı, Əfəndilər, Balyand, Qaracallı, Doşulu, Süleymanlı, Daşkəsən, Qışlaq, Quycaq, Şəybəy, Nüzgar, Şahvəlli, Niyazqullar, G.Veysəlli, Tinli, Qovşudlu, Hacı İsaqlı. Qoşabulaq, Şükürbəyli, Şıxalıağalı, Mahmudlu stansiyası, Fuğanlı, Dəjəl, Əmirvarlı, Sarıcallı, Məzrə, Yuxarı Məzrə, Soltanlı, Yanarxaj, Alıkeyxalı, Maşanlı, Hasanlı, B.Mərcanlı, A.Mərcanlı, Mehdili, Çaxırlı, C.Mərcanlı, Minbaşılı. Sədi, Ağtəpə, Kavdar, Mirək, Hüseynallar. Hacılı, Tulus, Dağ Tumas, Qaraağac. Sofulu, Çələbilər, Dağ Maşanlı. Qazanzəmi, Söyüdlü, A.Maralyan, Y.Maralyan, Karxulu, Cəfərabad, İsaqlı, Qalacıq, Hovuslu, Sirik, Aşağı Sirik, Şıxlar, Mollahəsənli, Əsgərxanlı, Xələfli, Qərər, Kürdlər, Nüsüs, Tatar, Qumlaq, Məstalıbəyli, St.Qumlaq, St. Xudafərin, St.Xələfli
Kiçik Qafqaz dağlarının ətəklərində binə tutan bu gözəl, zümrüd meşəli, buz bulaqlı bölgənin adamları inanırlar ki, onların binələndiyi yerin adı səkkizinci yüzillikdə yaşamış Cəbrayıl atanın ismindən götürülüb. Fəqət saysız-hesabsız abidələr, mağaralar, qalaların, bürclərin, məbəndlərin qalıqları tarixin daş dili ilə pıçıldayır ki, burada insanlar min illər boyu ömür sürmüşlər. Havası saf, göy üzü təmiz, adamları qədirbilən, etibarlı Cəbrayıl! Aşıq Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərimin, Aşıq Humayın ilham aldığı torpaq… Aşıq Qurbaninin bulaq kimi çağlayan şer dilinə baxın hələ:
Qurbani der: heç kəs yarın öyməsin,
Düymələ yaxanın çarpaz düyməsin.
Dəstələ, zülflərin yerə dəyməsin,
Yollar qubarlanar, toz dəyər sənə.
Cəbrayılda çağdaş illərdə də saysız-hesabsız sənətkarlar, ziyalılar yetişmişdir. Orda bir körpü var: Xudafərin! Bu bir qeyrət körpüsüdür, xalqımızın tarixi birliyini zaman-zaman yada salır.
Coğrafi mövqeyi
Rayonun ərazisi Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşmişdir. Rayon cənubdan İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi əsasən dağlıqdır.
İqtisadi xarakteristikası
İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi. Rayonda üzümün ilkin emalı üçün zavod, tikiş, xalça, cihazqayırma sexləri, ümumiyyətlə 8 sənaye obyekti mövcud idi
Füzuli – 23/08/1993
Ərazisi – 1361 km2
Əhalisinin sayı – 110 000
İnzibati mərkəzi – FÜZULİ
Qəsəbələr / Kəndlər
Əhmədbəyli, Bala Bəhmənli, Araz Zərkar. Araz Dilağarda, Birinci Mahmudlu, İkinci Mahmudlu, Qarabağ, Əhmədalılar, Qazaxlar. Mİrzənağılı, Aşağı Kürmahmudlu, Yuxarı Kürmahmudlu, Alıxanlı, Böyük Bəhmənli, Kərimbəyli, Araz Yağlıkənd, Arayallı, Babı, Mollaməhərrəmli, Horadiz, Aşağı Seyidəhmədli, Şükürbəyli, Yuxarı Seyidəhmədli, Qorqan, Füzuli şəhər, Aybasanlı, Şəkərcik, Şıxlı, Gecəgözlü, Üçüncü Mahmudlu, Aşağı Veysalli, Yuxarı Veysəlli, Qarakollu, Saracıq, Yuxan Rəfədinli, Gorazıllı, Qaradağlı, Yuxarı Küzlək, Xatınbulaq, Qacar, Divanlılar, Qaraxanbəyli, Merdinli, Qoçəhmədli, Arış, Mollavəli, Dsdəli. İşıqlı, Qarqabazar, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Qaraməmmədli, Dilağarda, Qobu Dilağarda, Dövlətkarlı, Zərkar, Qərbənd, Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Əbdürrəhmanlı, Horadiz, Dördçinar, Mirzəcamallı, Seyidmahmudlu, Ələskərli, Hüseynbəyli, Pirəhmədli, Musabəyli, Mandı, Aşağı Güzlək, Aşaği Rəfədinli, Üçbulaq, Kovşad, Cuvarlı, Xələfşə, Çimən, Quraşdırma ev
Füzuli… Qədim Qarabulaq! Bu gün o dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyır. Bu torpağın Araz yanğısına Ərgünəşdən, Məngələn-atadan axıb gələn buz bulaqlar sərinlik gətirir. Füzuli… Yer üzünün ilk insan məskənlərindən sayılan Azıx Füzulidədir. Quruçay mədəniyyət abidələri əsrlərin sirrini açır, eyni zamanda çox-çox sirləri də gizlədir. Füzuli başa-baş Azərbaycan koloritinə sahibdir. Saf hava, bol günəş, bərəkətli torpaqlar, duzlu-məzəli, təmiz ürəkli insanlar. Türbələr, karvansaralar, qəsr, qala və hasar izləri bu gün də yaşamaqdadır. Füzuli ziyalılar, sənətkarlar bölgəsidir, az qala hər evbaşına bir sənətçi düşür. Müasirliyə, elmə və təhsilə can atmaq bu torpaqda doğulan adamların qanında, canındadır. El xanəndəsi Zabul Ağabala Füzulini belə öyürdü:
Nə gözəl ellərin var,
Vətənim Füzuli.
Sərvətli çöllərin var,
Vətənim Füzuli, Ürəyim Füzuli.
Coğrafi mövqeyi
Rayonda 1 şəhər (Füzuli), 1 şəhər tipli qəsəbə, 73 kənd vardı.(İşğal olunmamış 22 yaşayış məntəqəsində 55 min nəfərdən artıq əhali yaşayır. )
İqtisadi xarakteristikası
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı – üzümçülük, tərəvəzçilik, taxılçılıq və heyvandarlıq təşkil edirdi. Rayonda yağ-pendir və dəmir-beton məmulatı zavodları, toxuculuq fabriki, daş karxanası, pambıqtəmizləmə zavodu, üzüm emalı müəssisələri, taxıl məhsulları kombinatı var idi. Füzuli şəhəri 1993-cü il avqustun 18-də erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir. Hazırda rayonun işğal olunmamış 22 kəndində 50 min nəfərə yaxın əhali yaşayır.
Qubadli – 31/08/1993
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində (Qarabağ) yerləşir. Rayonun sahəsi 826 km² , əhalisi isə 31300 nəfərdir. İnzibati mərkəzi Qubadlıdır. Qubadlı rayonu şimaldan Laçın rayonu, cənubdan Zəngilan rayonu, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Rayonun çox gözəl təbiəti var. Qubadlının ərazisindən Azərbaycanın ən bolsulu çaylarından olan Həkəri və Bərguşad çayları axır.
Ən əhəmiyyətli kəndləri “Mahmudlu”, “Xəndək”, “Xanlıq”, “Muradxanlı” “Yuxarı Mollu” kəndləridir.
Qubadlı rayonu 31 Avqust 1993-cü il tairixində (31.08.1993) qəsbkar Ermənistan Respublikası tərəfindən işğala məruz qalıb.
Zəngilan – 30/10/1993
Ərazisi – 707 km2
Əhalisinin sayı – 33890
İnzibati mərkəzi – ZƏNGİLAN
Qəsəbələr / Kəndlər
Üzümçülər, Mincivan, Malatkeşin, Gen-lik, Beşdəli, Keçikli, Bartaz, Qarqulu, Ör-dəkli, Qaragöz, Qaradərə, Çöpədərə, Baharh, Sobu, Dəlləkli, Rəzdərə, Kollu-Qışlaq, Şatarizli, Məşədi İsmayıllı, Zəngi-lan, İçəri Müşlan, Məlikli, Qıraq Müşlan, Üdqun, Yenikənd, Rəbənd, Alıbəyli, Balabəyli, Sarıl, Xumarlı, Hacaüı, Həkəri, Şərifan, Muğanlı, Xurama, I Ağalı, II Ağalı, III Ağalı, Məmmədbəyli, Babaylı, Zərnəli, Havalı, Aşağı Yeməzli, Orta Yeməzli, Yuxarı Yeməzli, Sarallı Xəşbab, Quyudərə Xəşbab, İsgəndərbəyli, Ağbiş , Ağakişilər, Vejnəli, Muğanlı, Aladin, Dərə Gilətağ, Gilətağ, Şamlı, Mirzə Həsənli, Şərikan, Bürünlu, Seyidlər, Şayıflı, Gəyə-li, Qaragöl, Nəcəflər, Yusiflər, Tağlı, Ca-hangirbəyli, Tatar, Turabat, Tiri, Vəliqulu-bəyli, Ağbənd, Əmirxanlı, Qazançı, Can-bar, Günqışlaq, Dərəli, Ağkənd. Taleyinə qaçqınlıq kimi acı bir alın yazısı yazılan altı rayondan biri. Erməni quldurları tərəfindən işğal olunana kimi əhalisi əsasən heyvandarlıq və tərəvəzçilik, üzümçülük və arıçılıqla məşğul olmuşdur. Avropada ən böyük çinar meşəliyi də Zəngilan rayonunun ərazisində yerləşir. Burada dövlət qoruğu yaradılmışdı. Zəngilan… Bu gün nigarandı; qoynundan didərgin düşmüş övladlarına görə. Pis günün ömrü az olur, darıxma, Zəngilanım, qəmli buludların dağılar yəqin!..
Coğrafi mövqeyi
Rayon ölkənin cənub-qərbində alçaq dağlıq və dağətəyi ərazidə yerləşir. Rayon həmçinin molibden, qızıl, qranit və digər yeraltı ehtiyatlarla da zəngindir. Rayon 1993-cü ildə tamamilə erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir.
İqtisadi xarakteristikası
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və əsasən taxılçılıq, tütünçülük, kartof əkini, meyvəçilik, bostançılıq inkişaf etmişdir. Rayonda şərab, konserv, mərmər, çınqıl zavodları fəaliyyət göstərirdi.

















Genclik Qarabagi unudur ! Bunun ucun ne ise etmek lazimdir ! Niye gore biz? Eger biz yox? Bes kim? Her kes bu cur dushunseydi her shey yolunda olardi
Dusunseydi….Amma dusunmur…
tebligat guclu olmalidi
Insallah geri qaytaracagiq! Tebii ki ALLAHin komekliyi ile.
İNDİ HER SEY BİZ GENCLERİN UZERİNE DUSUR BİZİM KİMİ GOZEL DANİSHMAQİ BACARAN YOXDUR AMA HEREKET ETMEK LAZİMDİR HER KES OZUNE GORE
Nurush bizim kimi ne gozel daniwan var ne de hereket eden var eyni zamanda Shexsi ishleri umumi ishlere qatan da yoxdur bizim kimi !!!
INWALLAH geleceyimizi ozumuz istediyimiz kimi qurariq
Salam.Men hansisa bir gencle vetenperverlik haqqinda danisanda coxusu ya lag eleyir ya daki movzunu deyisdirir.Ona gore de xahis tebligatimizi usaqlarimiza aileden baslayaq sonra da mekteblerde guclendirek,maariflendirek.
Inaninki pis insan yoxdur sadece olaraq pisi yaxsi yola ceken insan azdir,amma yaxsini pis yola cekenler coxdur.Gelin caliwaq gencler gelecek nesillerimiz bize lenet oxumamasi qorxaq dememesi ucun caliwaq.Inwaallah torpaqlarimiz azad olacaq tezlikle ozu de sulh yolu ile Amin
Elmira xanim sizinle tamamile raziyam ! Indi IRELI ictimai birliyi Artiq Rayonlar uzre Formalishir XAOSA son qoyulur! Ve men kecmish klub rehberi kimi her bir Ireli uzvune soz verirem ki her bir rayonda Vetenperverlik movzusunda tebligat ve s. ishlerinin aparilmasinda her kese komek olacagam ve elimden geleni edeceyem
aha coxdu bele insanlar muharibeden danisanda ya itirdiyimiz torpaqlarimizdan deyirlerki sen vermemisenki niye narahatsanki
ona gore maksimum tebligat aparmaq lazimdi
Salam Hormetli Gencler! Bu deqiqe Ireliwap.com- dada maraqli
Bir meqale gordum Vefa adli uzvumuz yazib bunu bizim sayta / Istedim siz de oxuyasiniz.. .
Vefa [Sil]
25.02.2009 14:38:05
Size Ermenistandaki esir qizin qardawina mektubunu yazmaq isteyirem: Salam,QEYRETLI qardawim!Bilirem, menden narahat deyilsen,amma yene yazim,bilesen ki,yerim pis deyil.Demek olar ki,Awotun tam regbetini qazanmiwam.Indi men onun donuz surusune baxiram.Donuzlarin sayesinde özümün de yemek saridan korlugum yoxdur.Herden ermeniler rayonlarin azad olma gunlerini qeyd edende Awot insafa gelib qabaqdan qalan yemekleri mene verir.Inan ki,o anda duwunurem ki,dunyada Awotdan humanist adam yoxdu…
…Qeyretine qurban olum,qardaw! Sen meni burada atib gedenden Awot mene nece lazimdirsa baxir.Bilirem, yeqin indi sen evvelki kimi toylarda oz tay-tuwlarina qowulub `yeyib-icen oglanlardi Qarabag oglanlari` mahnisini oynaya bilmirsen.Cox xecalet chekirem ki,seni tay-tuwlarinin arasinda bawi awagi elemiwem.Bilirsen, chox yaniram ki,o mahnini oynayan Qarabagli cavanlara wabaw vere bilmirem.Esirlikde oldugum muddetde 1 de ona emin oldum ki,bizim qardawlar heqiqeten de yeyib-ichendirler. ..
…amma ermeniler bizimkilerden ferqli olarar vuruwmagi da bacarirlar.Özu de onlar qelebeni qeyd edende yeyib-ichirler. Chunki bizim pulumuz choxdur,qeyretimiz az olsa da.Axi biz regionun en pullu dovletiyik!Qardaw, dediler `Qarabag azad olar,wani cixinca,amma qorxuram ki,azad ola,men yazigin cani cixinca`.Yaziq Vahid,ele bil bu gunleri gorub yazib.Imkan olsa,Vahid ucun 1yasin oxutdur.Onu da deyim,bilesiniz ki,ermeniler indi yaman `NAXCIVAN,NAXCIVAN` deyirler.Indiden 1tedbir görun ki,sabah…
…Naxcivan qizlari da bizim aqibeti yawamasin.Bilirem, indi `bu zalim qizi niye vaxtinda qacmadi`-deye meni qinayirsan.Neyi özume bagiwlasam da,seni tay-tuwlarinin arasinda bawi awagi etmeyimi özume bagiwlaya bilmirem.Amma ne edim ki,can wirin weydi,özumu öldure bilmedim.Bilirem, indi `bes niye Mirzenin bacisi özunu wüwe qirigi ile öldurdu,Sakitin bacisi özunu qayadan atdi,amma sen bacarmadin` deye ittiham edeceksen.Gel, ancaq onu da unutmayaq ki,Mirze ile Sakit senin kimi kendini qoyub qacmadi…
…Onlar wehid oldular.Indi ne edim ki,atalar `baci qardawa baxar,canini oda yaxar` deyibler.Men de sene baxdim ve anladim ki,can herweyden wirindi-Vetenden de,namusdan da wirindi!Ne ise,qardaw,qarwiliq li ittihamlara son qoyaq!Olan oldu,kechene güzewt dediler.Esas özune fikir ver!Namus lekesini vecine alma.Teki köyneyinde leke olmasin,yoxsa bakililar sene `çushka` deyerler.Axi kim ne bilir ki,bacin esirdi.Alnina yazilmayib ki.Bir de lap bilsinler!Neyin eskikdi ki,bacisi Dubayda pul qazanan+dan. .
…Lap chox tene eleseler,deyersen ki,bu da bacimin alin yazisiydi,menim elimden ne geler ki,Allah bele yazibsa…Helelik bu qeder,qardaw! Donuzlara yem tökmek vaxtidir,yoxsa Awot atam-anamda yer qoymaz!Söyer hamini!Istemirem atam-anam söyulsun.Onsuz da yaziqlarin qebri de qalmayib.Özunu qoru,esas mesele can sagligidir.Veten geldi,gederdi. ..Bir de,utaniram da deyim,oglum artiq böyuyub kiwi olub.Awot ona da yaxwi baxir,axi o hem de Awotun ogludu.Bugun, sabah esger gedecek…
Tapwirmiwam, dayilarina gülle atmasin,amma o da dedi ki,bele dayinin…Ne ise,özun bawa düw… Allah seni qorusun,sen meni qoruya bilmesen de!Imza: bacin ISMET!(P.S. Kime maraqlidirsa,
evvelceden oxusun)
P.S. Zehmet olmasa bunu butun Azerbaycan gencliyine yollayin Xocalinin qani yerde qalsa biz de qeyret qalmaz !!! ALLAH bize sebr vermesin
26 fevral.1:25.Belkede o vaxt biz usaq olmusuq,hec ne bilmemisik.Ama 17 il bundan evvel abci qardaslarimizin qani tokulub.ALLAH rehmet elesin.Alcaq ermeniler,ruslar cezalarina catacaqlar.Lenel olsun.
Məqaləni oxudum,çox təsiredicidir. Düz sözə nə deyəsən?
acidi ama heqiqetdi…
Men shexsen bunu ofisde oxudum ve utandim … cunki o sozden her kese pay catir menim alimimde … Duzdur her kes qeyretsiz deyildir amma vetenperver bir insan ucun bele agir bir sheyi oxumaq ve … hec de asan deyil . Serhlerinize gore chox sagolun
MEN ISTEYERDIM KI SULHLE ALINSIN CUNKI, HEC BIR UAQ TEZEDEN ISTEMEZKI ATASIN ANASIN ISISRSIN BU MENIM FIKRIMDI
:’(:’(:’( Allah yardimcilari olsun dogurdan acinacaqlidi o qizin yerinde bizler de men de ola bilerdim:( menim yaxinim deyil deye bigane qalmayaq bunlara ne olar dua edin esir dushmush bacilarimzia qardashlarimiza Rebbim islah etsin hamimizi inshaAllah
(
Men Erdoganin net ve aciq sohbetinden sonra chox umidlenirem ki ermeniler mecbur olub torpaqlarin bir qisimini qaytaracaqlar Turkiye ile konpromise getmek ucun bu addimi atmaq lazimdir onlara ozleri de gozel basah dushur bunu . Halal olsun Turkiyeye ve en esasi da Erdogana neticesini gozleyirem sozun acigi bu yaxinlashan munasibetlerin