IRELIWAP.COM
Əgər sənin evində Kopyuterin yoxdursa ve sən ofisə tez-tez gələ bilmirsənsə və “İRƏLİ”-nin klub və departamentlərinin iclasları, disskusiyya klubları, treyninqlər o cümlədən “İRƏLİ”-nin keçirəcəyi hər hansı bir tədbirlər haqqında məlumat əldə edə bilmirsənsə……………..
Artıq 1 ildən çoxdur ki, “İRƏLİ” UGH-nın wapsaytı fəaliyyət göstərir. Hal-hazırda baxdığın “Elanlar lövhəsi”-ndən tutmuş ireli@yahoogroups.com o cümlədən www.ireli.az saytında olan hər bir məlumatı IRELIWAP.COM saytından əldə etmək olar.
Əlinizdəki Mobil telefon vasitəsi ilə bu sayta daxil olub az kontur xərcləməklə siz bütün məlumatları əldə edə bilərsiniz.
Saytda Maraqlı Forum və Chat otaqları da mövcüddur.
Əlavə məlumat üçün: patriot_m_s@yahoo.com ünvanına və ya 055-736-66-57 nömrəsinə müraciət edə bilərsiniz.
P.S. IRELIWAP.COM saytından qeytiyyatdan keçərkən zəhmət olmasa haqqınızda olan bilgilərə ad, soyadınızıda qeyd edin, əks halda nickname-niz qəbul edilməyəcəkdir!
IRELIWAP.COM 1 yaşını qeyd etdi
“IRELIWAP.COM” Bu sayt artıq çox adama məlumdur. 23 Fevral 2008-ci ildə “İRƏLİ” UGH-nın wapsaytı olan “IRELIWAP.COM” saytının ad günü keçirildi. Bizim Hərərkatın saytı düz bir əvvəl məhz 23 fevral günündə yarandı. Saytımız Türkiyənin ilk wap və dünyada Böyük nüfuza malik bir serverinə bağlıdır. Bu server Talkative sistemdir ki, Azərbaycanda ilk dəfə wap sayt bu serverin vasitəsilə yaradılıb.
“IRELIWAP.COM” yarandıqdan sonra hər bir üzv bu sayta da başqa saytlar kimi münasibət bəsləyirdilər. Ancaq günlər keçdikcə hər kəs bu saytın tamam başqa məqsədlərlə yaradıldıgını gördü. Beləki hər bir Irəliçi İrəli haqqında məlumatlandırılmalıdir. O üzdən kiminsə evinin uzaqda olduğunu və ofisə tez-tez gələ bilmədiyini, evində kompyuterin olmadıgını və s. səbəbləri nəzərə alıb bu sayta ehtiyac olduğunu gördük. İndi hər bir kəs Ofisə gəlmədən və kompyuterə daxil olmadan əlindəki mobil telefon vasitəsilə hər bir məlumatı əldə edə bilir Bundan əlavə “IRELIWAP.COM” bu bir il ərzində 2 xeyriyyə aksiyyası keçirdi. Oktyabr ayinda (2007)“ATUWAP.COM“ saytı ilə birgə Şüvəlan qəsəbəsindəki 1 saylı yetim və valideyn himayəsi olmayan uşaqlar üçün respublika yardımçı internat məktəbində olduq. 2-ci xeyriyyə aksiyamız isə hamidan gizli oldu. Yəni bu haqqda heç bir qazetə və sayta məlumat verilmədi. Bu tədbirdə də sayta dəstək olan Azərbaycan Dillər Universitetini və orda təhsil alan aktiv Üzvlərimizin də əməyini danmaq olmaz. “IRELIWAP.COM” ürəyində qüsur olan körpə bir uşağın əməliyyatında mühüm rol oynadı.
Bu bir il ərzində “İRƏLİ”-nin tərkibində yaranmış “Vətənpərvər klubu” artıq bir neçə dəfə “Şəhidlər xiyabanı-ni ziyarət etmişdir və hər bir ziyarətdə “IRELIWAP.COM” saytının böyük köməyi olmuşdur.
Bir il ərzində əldə etdiyim nəaliyyətimiz isə, onlarla insanı bir-biri ilə dost etməyimizdir. “IRELIWAP.COM” üzvlərimizi bir-birinə daha da yaxın, mehriban etdi. Aramızda bir çox gənclər vardırki,fikirlərini sərbəst ifadə etməyi bacarmır və vətən üçün elindən gələni etməyə hazır olduğunu sübut edə bilmir. Bir il ərzində bu cür gənclər İrəli-nin wap saytinda öz sözlərini deyə bildi.
23 fevral günü mərkəzi qərərgahda tam bir canlanma var idi. Saytimızın ən aktiv üzvləri burda idi. Hamının üzündə sevinc hissi var idi. Hami özünü xoşbəxt hiss edirdi. Çünki, bu onların əziyyətinin bəhrəsi idi. Gecə-gündüz Forumlarda Fikir mubadiləsi apararaq Heç bir saytda olmayan bir səviyyəli Forum yaratdılar. Chat otaqlarında hər hansısa bir problemin müzakirəsini edərək həllini tapdılar. Bir-birlərinə arxa dəstək oldular. O üzdən sevimli idilər. Onların əziyyətləri boşa çixmamışdir.
Wapımız necəki Yeni ildən qabaq Hərəkatımızın ən aktiv üzvunu seçmək üçün Anket tərtib etmişdi(xatırladaq ki, bu qalib Raufray-Rauf Mərdiyev olmuşdur), wapımızında ən aktiv üzvlərini seçdi. 6 həftə davam edən sorğuda wapın 42 üzvü iştirak etdı. 1-ci yeri Taleh Kərimov 2-ci Şəhla Nəcəfova 3-cü Zəminə Nəsirova 4-cü Nüranə Kərimova 5-ci yeri isə Durdanə Namazova və Esli İbrahimova bölüşdürdülər ki, bu üzvlərimizində “IRELIWAP.COM” saytında ləqəbələri aşağıdaki kimidir.
Ricardo_Kaka
Mulanka
Allegro
Ti`A mo
Durdane
Salomeya
Qaliblərdən 1-2-3 və 4-cü yerləri tutanlara hədiyyələr təqdim olundu. Ad günündə Xanım Təsisçimiz Elnarə xanım Qəribova və aktiv Büro üzvü Afaq xanım Zeynalova da iştirak etdilər və ürək sözlərini dedilər. Ad günündə ən maraqlı məqam isə “Etiraf Qutusu” adlı oyun oldu. Bu oyunda da ən təsirli etirafa görə yenidən Kərimova Nüranə daha bir hədiyyə qazandı.
“IRELIWAP.COM” saytının gələcək planları daha genişdir. Saytımızin 1 yaşı münasibətilə hər bir istifadəçimizi ürəkdən təbrik edirik, bu bir ildə ümumi istifadəçi sayımızın 204 nəfər təşkil etdiyini görürük. Gələcəkdə bu sayın 300-400 nəfər olacagına böyük ümid bəsləyir və bundan da gözəl nəaliyyətlər əldə edəcəyimizə inanırıq.
P.S. Hər bir İrəli-çi “IRELIWAP.COM” saytına daxil olub bizə qoşula bilər. Əziz İrəli ailəsi Wapınızın 1 yaşı mübarək olsun.
ATUWAP.COM – IRELIWAP.COM xeyriyyə aksiyası
Əziz Irəliciler sizləri Azərbaycanın və ən vətənpərvər wapsaytı olacaq “IRELIWAP.COM” saytına dəvət edirik.Səviyyəli,mədəni,,vətənpərvər istifadəçilərinə görə başqa saytlardan fərqlənən “IRELIWAP.COM”sayti Oktyabr ayinda (2007)“ATUWAP.COM“ saytı ilə birgə xeyriyyə aksiyyasıda keçirdi (Şüvəlan qəsəbəsindəki 1 saylı yetim və valideyn himayəsi olmayan uşaqlar üçün respublika yardımçı internat məktəbi) və yəqin ki, gələcəkdə bu cür tədbirlər daha tez-tez keçiriləcək.Hal-Hazırda isə 4 aylıq xəstə körpə üçün müəyyən miqdarda məbləğ yığılmaqdadır.
“İRƏLİ”-nin tərkibində yaranmış “Vətənpərvər klubu” artıq 3 dəfə “Şəhidlər xiyabanı-ni ziyarət etmişdir və hər 3 ziyarətdə “IRELIWAP.COM” böyük köməyi olmuşdur
Fevral ayının sonunda “KONTUR QAZAN” oyununa start veriləcəkdir ki, bu haqqda geniş ilk oyundan sonra məlumat verəcəyik
23 Fevral da isə saytımızın bir yaşı tamam olur bu münasibət ilə də Anket (sorğu) keçirilir.Bu sorğuda 60-dan çox sayt istifadəçisi iştirak edəcək və bunlardan yalnız biri ən Aktivərin Reaktivi seçiləcək və hədiyyə qazanacaq.
Bundan əlavə saytın üstün cəhətləri ondan ibarətdirki ,bizim saytda əyləncə,şou-biznes,sevgi-məhəbbət və s. gəncləri xalqımıza yararlı vətəndaş olmaqdan çəkindirən bu kimi mövzulara çox az yer verilir.Bizim məqsədimiz ölkə daxili və ölkədən xaricdə baş verən ancaq birbaşa bizim ölkəmizlə əlaqədar olan məsələlər haqqinda fikir mübadiləsi aparmaqdır.
Ölkəmizdə mövcud olan probleblərə qarşı biganə qalmayacayıq.Gəlin “IRELIWAP.COM”saytına.Biz yalnız bir yerdə saglam düşüncəli vətənpərvər gənclər zənciri qura bilərik.
Əlavə məlumat üçün:patriot_m_s@yahoo.co/ wap@ireli.az ünvanlarıına və ya 055-736-66-57 nömrəsinə müraciət edə bilərsiniz.
Bu saytda siz öz fikirlərinizi tam və sərbəst şəkildə maneəsiz izah edə bilərsiniz.
“Ireliwap.com” saytı əsl Azərbaycan gəncini gözləyir.
P.S. Bu saytda haqqin və qanunun hər şeydən üstün
Olmasına zəmanət veririk.(Sayt ancaq İrəli üzvləri üçündür)
P.S.S. “IRELIWAP.COM” Saytına daxil olmaq üçün mobil telefon və ya personal kompyuterdən Opera proqramı ilə daxil ola bilərsiniz.(Nar-Mobile Bakcell ve Azercell -hər 3 operatorun Gprs sistemini aktivləşdirmək şərti ilə) Nə isə anlaşılmamazlıq olduqda dərhal müraciət edin.Opera proqramı kim də yoxdursa bu linkə daxil olub Opera proqramını yükləyə bilər http://arc.opera.com/pub/opera/win/850/en/ow32enen850.exe və yaxud da Ofisdə mənə müraciət edə bilər
Sizləri təbrik edirəm Artiq İRƏLİ-nin wap saytı da ugurlar əldə edir
Dualarımla Musa!
İRELİWAP.COM SAYTI / TÜRKİYƏDƏKİ TERROR HAQQDA OTAĞDA CANLI SÖHBƏTDƏN BƏZİ PARÇALAR ( Lütfən aşağıdan yuxarı oxuyun)
[fred1498 - 22:08] Turkiye dovletciliyinin 1 xususiyyetine yaddan cixarmaq olmaz.duz de olsa,sehv de olsa ordu 1 nomredi o olkede
[BaBaYeV - 22:06] Turqut Ozal turkiye tarixinin en boyuk insanlarindandi, onu hami sevir, layiqli insandi
[#Admin - 22:05] Babayev Umumiyetle bizden ferqli olaraq Turkiyenin tarixinde olan Butun Prezidentlere qarshi hemishe simpatyam olub bir Vetenper kimi gormushem onlari ALLAH olenlerine rehmet qalanlarina can sagligi versin / Esas Turqut Ozali chox sevmishem
[kininyo - 22:05] Men Admin le razilawa bilerem 18- ci illeride unutmaq olmaz, eslinde her kes ozu ucundur ve bu boyuk bir siyasetin kicik notlaridi
[fred1498 - 22:04] sadece onu anlayaq terror her zaman olacaqdir.esas ona verilen cavabdi.buna dunyada yaxwiyla pisin movcudlugu kimi baxaq
[BaBaYeV - 22:03] Gulun yerine kim olsa ele deyer. Bes o demeyecek kim deyecek. Amma istenilen halda prezidentin onu demesi xalqa boyuk destekdi
[#Admin - 22:02] Duzdur chox insan Turkiye vetendashlarinin bu acinacaqli halina yanmir ve bunu Bizimle maraqlanmirlar men de maraqlanmiram fikri ile qebul edir / Ancaq bele hallrda 1918-ci ili yada salmaq Kifayet edir
[kininyo - 22:01] He bele seyleri azda olsa gormusem ewitmisem .senin dediyini bawa dusdum. Bele hadiseleri men canli olaraq 20 yanvar hadiselerinide gormusem sonra 26 fevralda eziyyet ceken soydawlarimizida gormusem bunlar cox dehwetlidi.
[fred1498 - 22:01] Turkiye bunun cvbini Iraqda pkkcilari susduraraq cvb verir.Amerika Efqanistana girerek
[#Admin - 22:01] Ferid tebii ki O uzden Abdullah Gul cixishlarinda dedi ki bu terroru toredenler kimliyinden asili olmayaraq tapilib cezalandirilacaqdir / Receb Tahir Erdogan da ozune mexsus terzde gozel cixish etdi
[Angel - 22:00] Yazdiqlarinizla cox wey öyrendim.sag olum.Allah ölenlere rehmet elesin
[#Admin - 21:59] Ferid seninle raziyam ancaq bizde bele sheyler olmur shukur insanlar panikaya dushmur ancaq men bir sheyi de chox gozel bilirem ki adi bir ev partlayishinda nece panikalar olur bizde panika chox cetin yatizdirilan bir sheydir ALLAH terrou bizden uzaq
[fred1498 - 21:59] 1 de ki,bele meqamda dovlet oz insanlarina sahib cixmali ve gerekli cvbi vermelidi
[#Admin - 21:58] Ushaqlar haminiz chox sagolun ki Gelib bu barede fikir mubadilesi aparirsiniz/ Kenan sen cebhede herbi xidmetde olmusan ve yeqin ki her atishmada yerli camaatin telashini gormusen
[Ricardo_KAKA - 21:57] ALLAH butun wehidlere rehmet etsin..bizi de onlarin meqamina yukseltsin INWALLAH.
[fred1498 - 21:57] az-cox quvvesi olan her kesin duwmeni olur.ermeni her zaman bunu toretmeye caliwacaq.esas mesele bunun qarwisinin alinmasi ve cemiyyetimizde panikanin azaldilmasidi
[#Admin - 21:57] Ferid 20 yanvar hadisesi Xocali ve diger hadiseler de Terrordur ve biz de bu Terrordan az cekmemishik
[kininyo - 21:55] Allah olenlere rehmet etsin.Bu terror boyuk bir siyasetdiki coxumuz bunlari bilmerik.Bele terrorlar Iraqda Felestinde Israelde Afrika da olan bezi olkelerde baw verir ,ve bunlardanda coxu qabaqcadan bilinen terrordu.
[#Admin - 21:55] Eger fikir verseniz gorersiniz Ki her zaman ezilen vurulan oldurulen Muselmanlar olub Buna Misal Turkiye Iraq Iran Efqanistan Azerbaycani aid etmek olar / Niye? Islami da pisleyib guya ki ALLAHU EKBER deyib bash keserek pisleyirler ve pis tesvir edir
[fred1498 - 21:55] terror akti Turkiye,Amerika,Azerbaycanda her zaman oxwar tesirler toredir.elinde silahi olmayan her kese edilmiw hucum artiq terrordu.siravi insanlarin panikaya duwmesi de tebiidi
[#Admin - 21:52] Iraqda Turkiyeden ferqli olaraq Insanlar bir birileri ile yola getmirler ancaq Turkiye ise umumi olaraq Bir xalq kimi terrora meruz qalir ve umid edirem ki Kurtlar Vadisi Pusu serialinda bu hadiseye yer verilecekdir
[fred1498 - 21:51] her weyden evvel terrorun hec 1dine aidiyyati yoxdu.teessuf ki,coxlari bunu dinimizle cox elaqelendirir
[Ricardo_KAKA - 21:51] indi gorun Iraqda Felestinde olanlar ne cekirler.gunun her saatinda bele terror aktlari olur.ALLAH qorusun onlari..
[Ricardo_KAKA - 21:47] bu hadisenin baw vermesinden cox teessuflenirem.ALLAH lenet etsin bu terrorda eli olanlara…
[#Admin - 21:46] Ne yaxshi ki bizim olkemizde bu cur hallar bash vermir sonuncu defe bele bir terror akti Metro stansiyalarindan birinde bash vermishdir yadimda qalibsa
[#Admin - 21:42] Eger fikir verseniz ….Turkiye Qars Azerbaycan ve Gurcustan demir yolu cekeceklerini beyan etdiler Ilham Eliyev Turkiyeye getdi ve bu cur addimla ermenileri daha bir layiheden kenarda qoydu …mence bu bes edir ki ermeni fashistleri bele bir terror
[*Federico - 21:41] Niye ay admin?
[#Admin - 21:39] Burda tekce Kurd PPK ve ya bashqa quvvelerden bashqa ermenilerinde eli var sizce niye?
[#Admin - 21:39] Mene ele gelirki burd
[*Federico - 21:38] axshaminz xeyir./duzun desem men bu xeberden bir az yaxshi eshitmemishem orada tam ne bash verib belke burda aydinlashdirag
[#Admin - 21:38] Yeqin ki absh veren hadiseden xeberiniz var ve Biz hec Ireli UGH bir tedbir gormemish bele artiq Girishde bu haqqda yazmishdiq ele deyilmi?
[#Admin - 21:37] Salam ushaqlar
[Ricardo_KAKA - 21:36] es salamu aleykum..
[#Admin - 21:36] Terror ! Chox vaxt bu adi Islam dinin insanlarina shamil edirler! Ancaq Islam Terroru inkar edir Islam her zaman terrora qarshidir / Ve bir nece gun bundan once Turkiye daha bir terror saldirisina Ugradi
“15 noyabr – Ireliwap.com saytının iclası”
2008-ci il 15 noyabr tarixində “İrəli” ÜGH hərəkatının baş qərərgahında “Ireliwap.com” saytının növbəti iclası oldu. İclasda 50-dən çox sayt istfadəçisi iştirak etdi. İlk öncə saytın gələcək planları haqqında məlumat verildi. Sonra təkliflər və iradlar bildirildi. Ofis meneceri Rasif Dünyamalıyev öz maraqlı sualları ilə iclası daha maraqlı etdi. Müəyyən müzakirələrdən sonra nəhayət ki, “Etiraf qutusu” gəldi. Bu qutuya ümumilikdə deyilə bilməyən problemlər yazılıb atıldı. İclasın sonunda qutu açıldı və içindəki hər bir məktub haqqında müzakirələr getdi. Bəzi problemlərin aradan qaldırılması üçün müəyyən ölçülər götürüldü.
P.S. Ireliwap.com saytı Azəbaycanın wapsaytları arasında ən səviyyəli saytdır, çünki, bu saytda ancaq İrəliçilər məskunlaşmışdır. Burda kənar heç bir gənc yoxdur. Fevral ayında isə saytımız 2 yaşını qeyd edəcək.
Ireliwap.com – 2009
02 Yanvar 2009-ci il tarixində hər zaman olduğu kimi “Ireliwap.com” saytının istifadəçəliri yenidən görüşdülər. Ancaq bu görüş bir az fərqli idİ. Çünki, bu görüş yeni il də ilk görüşümüz idi və təbii ki, bu gün Bakıda az da olsa qar var idi) Yer sürüşkən idi. Yıxılmaq təhlükəsi çox olsa belə hər şey çox maraqlı keçdi) İstədim bu görüş haqqında öz təssüratlarımı bölüşüm siznlə) Daha sonra Commentler ilə siz də fikirlərinizi yaza bilərsini)
İlk öncə hər birinizə çox sağol deyirəm. Gələ bilməyənlər qoy peşman olsunlar) Çox super bir gün keçirdik) QarQız və Şaxta Babamızda tapildi) Ən esası mən bildim ki, kimin məndən xoşu gəlmirmiş) Bu adam Zaraza oldu) Çünki, ancaq onun əli qalxdı məni vurrmağa) Özü də necə vurmağa?)) Heç kəs ürək edib Admini vurmadı) Zaraza isə söhbətimin ortasında ağzımdan qar elə qoydu ki, indi də qarın dənəcəkləri mədəmdədir)) Bir sözlə Sahilə Bajı məndən bu dərəcəd zəhlən getdiyini bilmirdim) Zaraza -qışda belə solarisən öl hələ)
Nərgiz xanım … hər zaman olduğu kimi otdelnoe respublika) Ancaq bu dəfə nə Xuliqanka nə də Neznayka ilə) Tamam başqa sakit bir qiz ilə Əfşan idi adı səhv etmirəmsə) Bütün günü “Privat”-da oldu)
Xuliqanka və Missquzu) Canlarimiz halal olsun da bu qızlara.3 ildir “İrəli”-də varam hələ bu qədər az vaxt da doğmalaşan mehriban olan adam görməmışdim) Taliş qanı özünü göstərir də) Missquzunun saçları super idi hörmüşdü həqiqətən mələməmiş quzuya oxşayırdı) Xuliqanka isə …. ürəyim ağradı yenə də) Çox istəyirəm də bi qızı o qədər şirindir ki,.
Qoki qardaş özünü son da da olsa şatdıra bildi. Federico isə hər zamn ki kimi “Mutilşiklik” edirdi) Qar atmadığı adam qalmadı) Ramiza ” Qollivudskaya ulıbkası” ilə seçilirdi) Çoxdan bəri görünməyən Angel də gəlmişdi hər zaman uşaq kimi görürdüm onu ancaq bu gön hiss etdim ki Angel uşaq deyil sadəcə Admin qocalır)
Hər zaman bizimlə olan Scorpionca bacımızda bu gün bizimlə idi) Bu günün ən çox qırmızı rəngi almış sifəti də onda idi) Zaraza ilə müqayısədə Scorpionca “Snequrochka”-dır) Ona görə soyuq da və ona qar dəyəndə tez qızarır)
Bir-birinə yapışıb və qopmayan Neznayka və Ayka87 də orda idi) Neznayka hər zamanki kimi sakit idi) Onun sakit olmağının səbəbini də bilirəm)) Ayka87 isə telefon əlindən düşmürdü sanki birinə görə narahat idi)
Cool_girl balamız) o da Xuliqanka Zaraza və Missquzu kimi aktiv və tez qaynayıb qarışan oldu bizim üçünş Artıq onun olmadığı gəzinti və tədbirdə hiss olunurdu ki Cool_girl yoxdur) Cool everytime cool)) Halal olsun) Bu qızın geyimi və make-up hər zaman xüsusi olur) Əsas da bəzəkli şərflər))
Luna) Bu qız ilk baxışdan sakit görünür amma ele deyil, yaman qar atıtdı) Hətta qarın içinə daş da qoyub atırdı) Bu xüsusi hazırlanmış daş qartopular isə ancaq Əliyə dəyirdi) Əli dedim qoy deyim ) Drongo səninlə bu gün yaman qeybət etdik və dərdləşdiye) Drongo bir az bizdən yekə olduğu üçün hər kəs onun qartopu zərbəsindən özünü qoruyurdu)
Cihad_313 ən saf qardaşımız) Kaş hər özünü imanlı sayan gənc sənin kimi olardı) İçi mən qarışıq Qardaş sənə qibtə edirəm bəzən) Cihad ilə görüşdən əvvəl (reklam olmasın) Cümə gününün cəm namazını qıldıq Qasım bəy məcsidində. Bir şeyi etiraf edim. Cihad ilə hər şey gözəldir. Ancaq Cihad_313 ilə ibadət etmək … mənim üçün tam fərqli bir şeydir.
Diablo_666 bir az Federico ilə gizli KQB söhbətləri apardıqdan sonra, nəhayət ki bizlərə qoşuldu) Məzəli geyimi ilə fərqlənən Diablo bu gün də sakit idi) Onun da öz dünyası var nə edək)
Vorlyubvi … əvvəl mənə hər sekretini deyirdi) Sonra onun torbasını yaxşı mənada tikəndən sonra ehtiyat edir məndən )) Vorlyubvi unutma siz mənim balalarımsınız və sənin dostun mənim də dostumdur) Onsuzda hər şeyi ya bilirəm ya da biləcəm) Ağ qar da Vorlyubvi də Zaraza kimi Hövsan qaralığı ilə seçilirdi)
Və nahayət… Riyiy_Angel… səni tam tanimiram yeni ki bele de ciddi unsiyyetimiz olmayib ancaq onu deyim ki icimizde bir dene cigalliq eden var idise o da sensen) Niye? Ay kişi at o siqareti) Qurtul ondan bizim Mafiyada siqaret məkən yoxdur) NECƏ deyirlər, Musanın mafiyası)) Uşaqlar kənardan mafiya nə bilim Törklər demişkən “dərin çetə” kimi görünə bilər) Amma bir şeyi bilim .. Siz mənim ikinci ailəmsiniz. Mən sizi çox sevirəm. Kimisə qınaya kimisə danlaya və hətta bəzən ən pis variantda təhqir də edə bilərəm. Ancaq əsas olan bu deyil əsas olan Niyyətdir! Və mənim bir niyyətim var. BİR OLMAQ!!!
Çox istərdim ki bu görüşdə Mulanka da olsun Ti_Amo-da olsun, eymi də yox idi bu dəfə Vefa az-az gəlir nədənsə, və yadımdan çıxan digər uşaqlar olsunlar. Sizdən hər zaman bir şeyi xahiı edirəm. Bütün pis şeyləri unudaq! Gəlin bir yerdə olaq. Birimiz pislik ediriksə ona yaxşıliq edək. And olsun ALLAHa Azərbaycanda bu cür sayt yox, bu cür ictimai birlik yox bu cür ailə yox bu cür uşaqların bir araya toplaşdığı bir qurum yox! Gələn keçən hər bir dəqiqənin qədrini bilək. Hər zaman bir yerdə olaq. ŞƏXSİ Razborkalara görə heçnəyi atmayaq. Şəxsi söhbətləri umumi işə qatmayaq.
Hörmət və Ehtiramla sizin Admin! “Ireliwap.com” mənim deyil Bizimdir!!!
P.S. ALLAHa dua edək ki, 2009-cu il bizi daha da mehriban etsin, daha da möhkəm etsin!!!
18 yanvar- “İreliwap” “Şəhidlər xiyabanını ziyarət etdi
Bu gün “Ireliwap.com” saytının üzvləri “Şəhidlər xiyabanını” ziyarət etdi. Artıq bir ildən çoxdur ki, ənənə halını almış bu ziyarətlərdə öz əhdinə sadiq qalan üzvlərimiz bu gün də bir arada idi.
Onlar bu gün də şəhidləri ziyarətə gəlmişdilər. Düzdür 2 gündən sonra artıq 19-cu il olacaq ki, bu insanlar azadlıq uğrunda öz canlarından keçiblər. Ancaq çox təssüf ki, bütün ölkədə yaşayan insanlar nədənsə şəhidlrəimizi ancaq 20 yanvar günü ziyarət edirlər. Biz ictimai birlik olaraq yenicə fəaliyyətə başlamış bir “İrəli”-nin üzvləri kimi hər zaman gəncləri bir şeyə səslədik. Unutmamağa. Şəhidlərimizi tək 20 yanvar günü yox başqa günlər də belə ziyarət etməyə çağırdıq. Hal-hazırda da çağırır və çağıracayıqda.
Bəzən 20 yanvar günü xiyabanı ziyarət edən bəzi toplum insanlara baxanda onların etdiklərinə ziyarətdən çox reklam adı vermək düzgün olardı. Hər hansı bir dövlət orqanında çalışmağından, yaşından və işlədiyi vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş dərk etməlidir ki, şəhidlər ona görə şəhid olmadılar ki, ancaq “Hüzn günü” yada düşsünlər.
Mən bir Azərbaycan vətəndaşı olaraq “20 yanvar Ümummilli hüzn günü” “Şəhidlər xiyabanını”-nda gördüyüm izdihamı başqa adi günlərdə də görmək istərdim. İstərdim ki, insanlar yaşından və işlədiyi vəzifəsindən asılı olmayaraq ziyarəti ürəkləri istədikləri üçün etsinlər. Yoxsa ki, hərə əlinə bir qızılgül alaraq, qərənfili bəyənməyib bir dəstə dövlət işçisinin növbə ilə dayanıb mənasız baxışları ilə məzarlardakı adları süzmələrini görmək heç bir vətənpərvər üçün xoş deyildir.
Kimin üçünsə adi görünə bilər. Ancaq bizim gördüyümüz iş adi iş deyil. Bir çox insanlar “İrəli” hərəkatı dağıldı , “İrəli” dağıldı deməkdir, artıq birlik olmayacaq dedi. Yəni “İrəli” artıq rayonlara bölülünür və üzvlər bir-birindən ayrı qalacaq. Ancaq hər dəfə “Şəhidlər xiyabanını”-nı ziyarət edərdkən bu fikirin yalnış olduğu ortaya çıxır. “Ireliwap.com” saytının üzvləri bütün rayonlarda vardır və birlik dağılmayıb. Vətənpərvər insan yaşadığı yerdən asılı olmayaraq harda olacağanı çox gözəl bilir.
Bir insan olaraq, arzum budur ki, yaxın vaxt ərzində “Qarabağ” problemi öz həllini tapsın, “Şəhidlər xiyabanını”-nda yatan “Qarabağ” uğrunda gedən döyüşlərdə şəhid olmuş insanları ziyarət edək onlara müjdə verək, deyə ki, “Ey Şəhid!!! Biz torpaqları geri qaytardıq, artıq öz yerində rahat yata bilərsən!.
P.S. ALLAH bütün şəhidlərimizə rəhmət elesin. Dualarımla Musa!
İreliwap.com 24 saylı orta məktəbdə
26 fevral Xocali faciəsinin 17-ci ildönümü münasibəti ilə Baki şəhərinin hər yerində olduğu kimi Nəsimi rayonu 14 sayli orta məktəbdə də tədbir keçirildi. Tədbir Xocalı faciəsinə həsr olunmuş rəsm əsərləri və səhnəcikdən ibarət idi.Şagirdlərin səmimiyyəti və mövzu ilə bağlı həssasiyyəti gözlərdən oxunurdu. Səhnəcik isə sade olsada, anlamlı tərtib olunmuşdu. Çıxışını edən hər bir şagird şəhidlərin ruhuna səhnəyə bir qərənfil qoyurdu. Səhnəcikdə “Xocalı faciəsi”-ni əks etdirən məlumat verildi, şeirlər oxundu.
14 sayli orta məktebin şagirdi Hüsniyyə Qocayeva “İrəli İctimai Birliyi”-nin eyni zamanda “İreliwap.com” saytının aktiv üzvlərindən olduğu üçün bizi də bu tədbirə dəvət etmişdi.
Tedbirin sonunda “İreliwap.com” saytı adından ən gözəl çəkilmiş rəsm əsərinin müəllifinə hədiyyə təqdim olundu. Sonda isə “İrəli İctimai Birliyi” haqqında orta məktəb şagirdlərinə məlumat verildi.
Sahilə Aslanova -Zaraza
Aygün Şahbazova -Xuliqanka


Ireliwap 2 yaşını qeyd etdi.
2007-ci ilin fevral ayının sonlarında yaradılmış “İreliwap.com” saytı bu il mart ayının 9-da 2 yaşını qeyd etdi.
“İreliwap.com” yarandığı ilk gündən bəri öz fərqliliyini hər kəsə hiss etdirdi. Başqa saytların məqsədi tanışlıq və s. oldusa İrəli İctimai Birliyinin (İGH) wap saytının məqsədləri, prinsipləri tam başqa idi.
Əsasən “Vətənpərəvlər klubu” –nun üzvlərinin üstünlük təşkil etdiyi bu saytın istifadəçiləri bu 2 ildə müxtəlif aksiyalarla yadda qaldılar ki, bunlara aşağıdakları misal gətirmək olar.
2007-ci il ilin oktyabr ayında Atuwap.com və Ireliwap.com saytlarının birgə həyata keçirdiyi xeyriyyə aksiyası (Şüvəlan qəsəbəsindəki 1 saylı yetim və valideyn himayəsi olmayan uşaqlar üçün respublika yardımçı internat məktəbi)
2008-ci ilin fevral ayında Ireliwap.com Xocali faciəsinin 17-ci ildönümü münasibəti ilə Baki şəhəri Nəsimi rayonu 14 saylı orta məktəbdə keçirdiyi tədbir.
2008-ci ilin oktyabr ayında “Vətənpərvərlər klubu”-nun Ramazan bayramından sonra birgə həyata keçirdiyi xeyriyyə aksiyası ( Suraxani rayonunda yerləşən 7 saylı yardımçı internat məktəbi)
Ümumiyyətlə “Vətənpərvlər klubunun” hər bir aksiyasında sayt üzvlərinin əziyyəti çox olub. “Şəhidlər xiyabanı”-nın ziyarətlərinə, Qanvermə və küçə aksiyalarına baxsaq bunun həqiqətən doğru olduğunu görə bilərik.
Ümumiyyətlə “Ireliwap.com” saytı sözün əsl mənasında vəfalı, sadiq, bacarıqlı və aktiv “İrəli”-çiləri özündə birləşdirən bir məkandır.
9 mart “Platinum” klubda nəhayət ki, “Ireliwap.com” saytı çoxdandır gözlənilən Party-sini etdi. 70 nəfərlik bu gecədə 90 % saytın istifadəçiləri idi. İlk öncə anket qalibləri təbrik edildi. Onlara mükafatlar verildi.(Drongo və _Ti`amo_) Daha sonra Afaq xanım Zeynalovaya söz verildi. Gecədə fürsətdən istifadə edib çempion üzvümüz olan Mirzə Məmmədovu da (Qizil_Elcey) 2 qat dünya, 7 qat Azərbaycan çempionu olması münasibəti ilə təbrik etdik.
Daha sonra isə gecəmiz rəqslərlə davam etdi. “Platinum” klub adından 40 nəfərə “Platinum” adlı mahnı diski də paylandı. Bir sözlə “İrəli” İctimai Birliyi tarixinda ilk dəfə idi ki, az saylı gənclə Party keçirildi. Onu da qeyd edim ki, heç də pis olmadı))
P.S. Bu hələ son deyil, “Ireliwap.com” haqqda hələ çox eşidəcəyik.
Hörmətlə sizin Admin . Musa Qurbanov .
Daim İrəli


“Ireliwap.com” Günel
bacını yad etdi.
19 mart “Ireliwap.com” saytının üzvləri Günel Mahmudovanın məzarını ziyarət etdilər. Artıq 3 Novruzdur ki, Günel bizimlə deyil. Amma bu o demək deyil ki, sadiq “İrəli”-çilər onu unudur. Xeyr əksinə Günel hər zaman yad olunur.
Hər zaman olduğu kimi bu Novruz bayramı ərəfəsində də Güneli yad etdik. Hər bir insan kimi biz də öz yaxınımızın məzarını ziyarət etdik. Əsl həqiqətdə bu gün gələn insanların bir çox hissəsi Güneli real həyatda tanımırdı, münki onlar Günel həyatdan köçəndən sonra “İrəli” UGH-na üzv olmuşdular.
Lakin, daha əvvəl üzv olmuş “İrəli”-çilərin Güneli olana məhəbbəti, sevgisi Günelden sonra gələn üzvlərd də ona qarşı böyük məhəbbət hissi oyatmışdır. Artıq onlarda Güneli hami kimi çox sevir və öz yaxınları kimi qəbul edirlər.
Hər birimiz bir gün dünyadan köçəcəyik, nə vaxt?, nə zaman?, heç kim bilmir. Yaxşı insanlar unudulmur, daim yad edilir. O üzdən gəlin yaxşı insan olmağa çalışaq ki, gələcəkdə unudulmayaq. Günel də yaxşı insan idi. O aramızdan getsə də bizim üçün o daim qəlblərdə yaşayır və bu kəlmənin yalnız söz olaraq qalmadığını daim əməlimizlə sübut etməliyik. ALLAH Günelə və onun timsalında bütün ölənlərimizə rəhmət eləsin.
P.S. Günel Novruz bayramın mübarək. Bu gün gülürdün hər zaman olduğu kimi. Düşünməki, sən bizdən uzaqlaşırsan. Sən uzaqlaşmırsan, biz sənə yaxınlaşırıq, gün-bəgün yaxınlaşırıq…..
“Ireliwap.com” Botanika
Bağında
22 mart Bazar günü “Ireliwap.com” saytı 30 nəfərlik qrup ilə Botanika Bağında oldu. Hər kəsin gətirdiyi bayram sovqatı ilə bəzədilmiş böyük bir süfrəmiz var idi. Təbii ki, ilk öncə günorta yeməyimizi yedik. Sonra adətimiz olan yumurta davası başladı. Vurğun Zeynalovun əlindəki yumurta sanki taxtadan idi, elə buna görə də qalib oldu. Ondan sonra hər kəs öz marağı çərçivəsində işlə məşğul olmağa başladı.
Bir qrup uşaq top ilə volleybol oynayır, bir qrup gitara sədaları altında canlı musiqi oxuyur, digər qrup isə hansı ki, Botanika Bağında heç vaxt olmayıblar, onlarda fürsətdən istifadə edib bağda böyük gəzinti etdilər.
Bir sözlə adını “Picknik” qoyduğumuz bu gəzintimiz hər kəsə xoş təsir bağışladı. Qərara aldıq ki, bir müddətdən sonra havalar tam qızdıqdan sonra yenə də bu bağa istirahət etməyə gələk.
P.S. Yaxın günlərdə daha dəqiq desək apreli ayının ilk günlərində saytımızın iclası olcaq. Və bu iclasdan sonra çox gümanki, çoxdan verdiyimiz bir sözə əməl edəcəyik. Bizim planımızda hal-hazırda başda duran iş Qocalar evini ziyarət etməkdir.



“Ireliwap.com” saytının
növbəti iclası
04 aprel “IRƏLİ” İctimai Birliyinin yeni ofisində “Ireliwap.com” saytinin novbeti ve vacib iclasi kecirildi. İclasın keçirilməsində əsas səbəb “Ümumi forum”-da olan narazıçılıqlar idi ki, bu da iclas ərzində öz həllini tapdı.
Belə ki, köhnə və müzakirə aparılmayan mövzular səsvermə nəticəsində silindi. Yeni mövzuların açılması haqqda müəyyən şərtlər qoyuldu. Hər kəs sayta dair təklif və fikirlərini irəli sürdü. Şikayətlər də dinlənildi. Hər şey iclas ərzində həll olundu.
Son zamanlar saytın forumunda baş verən anlaşılmamazlıqları nəzərə alaraq qaydalarda bəzi dəyişikliklər etdik:
1. Flood etmeyin. Forumda,Otaqlarda smaylik az qoyun. Maximum 3 smaylik SmaylikRoom istisna olmaq sherti ile.
2. Tehqir,soyush,,alçaldıcı mesajlar göndermek,shexsi sohbetleri umumilkde hell etmek ve forumda artiq yazilar yazmaq qadağandır!
3. Sayt ancaq Ireli uzvleri ucundur. Oz shifresini bashqasina vermeyin. Dini, Siyasi movzularda mubahiseler qadagandir.
4. Yuxarıda gösterilen qaydalara emel etmeyen istifadeçiler saytdan atilacaq ve ya nickleri silinecek, onun yeni nick qeydiyyatina imkan verilmeyecekdir!
5. Saytımızla baglı bütün problemlerinizi _Ti`amo_,Cihad_313,Vorlyubvi ve Admin nicklerine yazın!(Shikayetiniz olsa Umumi Forumda movzu var)
6. Gelecekde sistemde edilecek her hansı deyişiklik haqqı IRELI IB-ne aiddir.Xahish edirik mehriban olun! Ireliwapa Xosh geldin Irelici.
7. Qeydiyyatdan kecerken haqqınızda olan melumatlari tam ve deqiq doldurmagı unutmayın.Esas ad soyad!
8. Gönderdiğiniz Mesajlardan TalkativeYaradıcılar Mesuliyyet Daşımır… Elave Melumat ucun: (patriot_m_s@yahoo.com tel: 055-736-66-57)
P.S. “IRƏLİ” İctimai Birliyinin “Ireliwap.com” sayti yaxın günlərdə daha düzünü desək aprel və ya may ayında “Qocalar evinə” getməyi planlaşdırır.
Saytın üzvlərindən biri olan Jurnaist yəni Anar qardaşımızında ad günün bu günlərə təsadüf etdiyi üçün iclasdan əvvəl onun da ad günün qeyd etdik)

“İRƏLİ” İctimai Birliyi asudə vaxtlarında…
Hər zaman asudə vaxtını səmərəli keçirən “İRƏLİ” çilər bu ayda imtahanlardan sonra bu yay tətilində yorğunluğu atmaq, açıq təbiətdə istirahət edib şənləmək üçün bir araya gəldilər.
Belə ki, 27 iyun “İRƏLİ” İctimai Birliyinin “Ireliwap.com” saytının üzvləri Padamdar qəsəbəsində yerləşən “Nəbatət bağı”-nda oldular. Gənclər burda təbiətin qucağında böyük süfrə açmışdılar. 40 nəfərdən çox gəncin iştirak etdiyi bu gəzintidə “İRƏLİ” lər öz vaxtlarını səmərəli keçirdilər.
Bəzi qrup top ilə voleybol, bəzi qrup isə ictimai fəaliyyətdə olan gənclər arasında özünə böyük nüfuz tapmış “Mafia” adlı oyun oynayırdi. Tibb sahəsindən olan tələbələrimiz isə təbiətin gözəlliyindən zövq almaq üçün geniş gəzintiyə çixmişdılar.
Dəfələrlə bu bağa gəlməyimizə baxmayaraq, təbiətin gözəlliyinə insan hər dəfə yenidən vurulur. Maraqlı bitki və ağacların məskəni olan “Nəbatət bağı” artıq “İRƏLİ”-lərin istirahət məkanına çevrilmişdir.
Maraqlı gəzintidən və gözəl istirahətdən sonra qərara aldıq ki, gələn səfərimizi Qobustan və Palçıq Vulkanına edək.



Yay tətilində *Ireliwap.com* Şamaxıya səyahət etdi….



Bu dəfə İrəliwap-ın kollektivi ilə Şamaxı rayonuna-Pirquluya istirahətə getdik. Gəzintimiz çox maraqlı keçdi, çox gözəl dincəldik, vaxtımızı da çox maraqlı keçirdik. Təbiətin qoynunda gözəl istirahət etməkdən yaxşı nə ola bilər ki?!
Əvvəlcə biz meşəni yaxşıca gəzdik, sonra günorta Sadiq bizə kabab bişirdi J. Yeməyimizi yeyəndən sonra maraqlı, müxtəlif oyunlar oynadıq (ən çox da mafiya), hətta valideynlər də bizə qoşulmuşdu.
Axşam isə evə qayıtmalı idik. Bütün yol boyu deyib-gülüb əylənmişik. Şikayətimiz ancaq yollardan idi, çünki çox bərbad vəziyyətdədirlər.
Bu gəzintinin sonunda mən çox kədərləndim, çünki bugün Sadiq əsgərliyə, Vətənin keşiyində dayanmağa yollanır. Bu həm də sevindiricidir. O da hər bir Azərbaycan vətəndaşı kimi öz borcunu yerinə yetirməlidir.
Ümid edirəm ki, belə və bundan da gözəl gəzintilərimiz hələ çox olacaq…
Məlumatı hazırladı: Hemide
















son vaxtlat Ireliwapda aktiv istifadecilerin sayi goz qamashdirir…Tututu,goz deymesen)))…Amma herden Din ve Islama da yazin da,ne qeder chat da oturmaq olar))
Chox Gozel buyurdun ) Soz verirem shexsen oz adimdan 25-sinden sonra inshALLAH o movzularda Aktiv olacagam
Salam hamiya necesiz millet?bu gunku iclasda deyesen bezi uzvlere tesir edib.duzu men axira geder galamadim mueyyen sebeblere gore.amma yaxshiki iclas oldu.eshitmeli olan xeberleri ve bezi sheleri shexsen men ozum bildim….)))))ishler nece gedir?
Cavid sen silirsen Mulanka nickler Cihad Din ve Islam . Nurane Azerbaycanim ve Qaranag bolmesi . Men de her shey) Daha 2 nefere derece verecem yeqin ki
wapin usaqlarinin coxunu qiyabi taniyirdim,axir ki bugun hamisini tanidim..Ela usaqlardi..
Terror meselesine de munasibetimi bildirim,umumiyyetle terrorism dehsetli bir seydi,her hansi bir hadiseye cavab reaksiyasidi ki,mence menasi yoxdu…Coox teesufler olsun ki,terrorism deyende agila ilk islam olkeleri gelir…Chox maraqlidi-niye??
Men onsuzda sileceyem.xeyri yoxdu………..))))
Cavid men teleb edirem ki,yazini silende onun copysini mene gonder…))
Bu da iclasimiz haqqinda kicicik bir melumat ! Ne yaxshi ki varsiniz !
Ehatemiz daha da genislenir.,,,,Genislendikce de bizleri gozugoturmeyenlerin sayi artir….Amma ne fayda….Biz yene bizik…..Vetenperverler……Esq olsun….
Gozu goturmeyen bashini divara vura biler ) Su icin bir ah da cekin silahi atin kecin biz terefe Ushaq olmusunuz bilmemisiniz)
Hele de gec deyil.Veteni sevin-Vetenperverlerdensiz……
axir vaxtlar o qeder de cox ola bilmirem wapda ama yene wapimizi seviremmm
He bizim wap superdi,amma nedense az adam daxil olur..Bir az feal olunda…..Bogazim qurudu demekden.
vvapimiza soz ola bilmez\ usaqlar forumda daha aktiv olsalar lap ela olareeeeeeeeeeee)usaqlar sizi cox istiyirem \\vvapimiza saqlamliq arzu edirem))))
vvapimiza soz ola bilmez\ usaqlar forumda daha aktiv olsalar lap ela olareeeeeeeeeeee)usaqlar sizi cox istiyirem \\vvapimiza saqlamliq arzu edirem)))))))))))))
He….Cox passivlik edirler…Amma wap yene de wapdir..Cunki men oradayam…Men nece de sirinem…:D
Vorlyubvi shirin ve aktivdir ) nE YAXSHI GELDIN ARAMIZA))
Ele deme utaniram.Mene cox xosdur sizlerler olmaq…
yaxwida Miri bu qeder sadeliy olmaz axi )))))))))))))))))
Vorlyubvi yaxinda toy edecek ) Her kesin xeberin olsun) Vorlyubvi nicki deyishib Rab lYUBVI OLACAQ)
vvapdan kimler getmek istese de bu mumkun olmur nese insani cekirde bura
Salam) Bitish senin saglamagini gozleyire hami) Ne wapdan getmek delisen sen ))
Kim gedir wapdan?Dogruyaram hemin adami…Musa sende lap mirtsane onu hardan tapdin?Bitish sagal…..Tez sagal..
Mirhuseyn senin ozunu dogruyacaqlar az sil bu yazilari))
Can sen dograma,basqasi hec sacimin tukunu qoparda bilmez…Men cooooooox darixiram…
))Vor kimin ucun darixirsan? Ve bir de bilmek olar sen kimin mishkasisan?))
SALAM EZİZ VVAPCİLAR HER BİRİNİZİN BAYRAMİNİ TEBRİK EDİRREM BU İL SİZLERE XOS ANLAR YASATSİN \UZUNUZ DAİM GULER OLSUN\HER BİRİNİZİN OZ YERİ VAR\\\\
Sagol Men de oz novbemde her kesi tebrik edirem/ Sabah ALLAH qoysa teze shekil ve Melumat yazacam Ferid de yerlesdirer)
Darixiram hami ucun.Nuruwu ise hec gormurem..Az qala sifeti yadimnan cixsin…
mende hamiycun darixiram cooooooox
Chox yorulmusham((
Bir az dincel…
Salam Bizim Sitede 20Yanvarla Bagli Genclerin Ziyaretine baxa bilersiz
Saygilarla
Samir Turan bash uste baxariq ALLAH ziyaretinizi qebul shehidlerimizi rehmet elesin
ireli wap diger waplardan coxxxx secilir biz bir aileyik haminizi coxxxxxxxxxx isteyirem ))))))))
BAKINKA MIsal ucun hansi waplardaN? Sen hansinda olmusan ki?))
he ezizlerinden uzaqda olmaq cetindi ama bunada alisariq((
Nurane sen 1 nefer ezizine gore butun ezizlerini atib gedirsen?? ALISHMAQLA deyil ! Sadece xususui maraqlari umumi maraqlara qatmaq lazim deyil
Nuruw qayitdi ve bizimledi. dostlarimi cooooooox isteyirem. wapdan coxlu dostum var ))))
xeyr qatmiram men wapdayam \\\men nasukur deyilem ve qedirlerin bilirem dostlarimin men sizinleyem usaqlar
Wapshiki! Ya vas ooooooochen lyublu!
Bu wap`a nəsə olur yavaş-yavaş. Amma underground team işini görəcək
Tural yazdigini tam anlamadim) Inan ki Wapa hecne olmayib) Sadece Partyden sonra iclas olacaq ve her shey yoluna dushecek emin ol)
Salamlar.Darixmisame blog ucun.Ne vaxti gele bilmirdim.Wapda her shey superdi,iclasdan soram lap super olacaq.Musa o duzdur ki,iclasdan soram wapin Admini men olcam???DDDDDDDD.
Mirhuseyn sesvermeye qoyariq ) ALLAH qoysa ses yigsan olarsan)
Gozel insan mene lazimdi Admin olum?Bizim anadangelme bir Adminimiz var.MUSA.3 ulduz besdide.Zarafat edirdim…..)))))))))))))))))
yooooo Musa Mirinin olan ulduzlarini da al ondan )))))))))))))
Cool_girl xeyr ola )) Ondan alim sene verim) Sen uduzu neynirsen sen Guneshlide qalmirsan? )) Guneshsende))
Musa, admin sən qal, başqa heç kəs
Yaxin gunlerde Party haqqinda melumat yerlesdhdirilecek
party sozun esl menasinda superrrrr idi)))))))
Party.ye soz ola bilmez Super kecdi.
Ziyaretde ishtirak eden her bir Ireliciye ALLAH sizden razi olsun deyirem chox sagolun ki geldiniz ! Imkani olmayib gelmeyenleri de basha dushduk Imkani olub gelmeyenlere ayib olsun ! ALLAH butun olenlerimize rehmet elesin Oluler Bayraminiz mubarek olsun siz hec de olu deyilsiniz Heyatdan kocseniz bele qelbimizdesiniz
Allah Gunel bacimiza rehmet elesin.Qebri nurla dolsun.
Teessuf ki bugun men i$tirak ede bilmedim.
Shekillerin hamisi Nubush ve Freddedir deye hamisini yukleye bilmemishem yaxin gunlerde yukleyecem ALLAH qoysa
SALAM BIZ SIZINL NECE ELAQELI ISLEYE BILERIK?
http://WWW.XEYRIYYE.AZ
patriot_m_s@yahoo.com / Rehim buyurun biz hazir
Botanikadaki piknik super kecdi .her sey super idi ,cox eylendik .gezintimiz lap ela oldu.
ey yeke usaqlarsuz mensiz kef elemek size yarashmaz
heeeeeee superrrrrrrr kecdi piknik. ama gelmeyenler cox wey itirdilerde.
Super idi.Cox maraqli oldu.:D…Mafiyanin da yeri vardi..Niye mene hemise komisar dusur???
Bu defeki botanika bagin aziyaretimizde coooxxxxxx super kecdi. eylendik ,dedik gulduk,en cox voleybol oynamagimiz xowuma geldi ,nece saat oynadiq 2-3 defe elime top deydi ya deymedi .
super idi her wey .
Hmm Musa Allah razi olsun.super kecdi.Mafiya oyununun xususi yer oldu))……
En cox Xosuma gelen ise Kamkamla etdiyimiz sohbet oldu.bir sozle her sey super……………
Musa tesekkur edirem…………….
Salam heqiqeten bu defeki gezintimiz super idi)) ALLAH haminizdan razi olsun )
Ayda hele mafiya da oynamisiz? Musa her weyin oz yeri senle mafiya oynamaq isriyerdim amma irelinin usaqlari hamisi orda olsun…. qismet bakida bir yerda ola bilsek……
INWALLAH Dashkesende oynayarsiz)).Musa gelecek ora
heyf wamaxiya gele bilmedim((((
salam musa daim irelinen sende ireli ewq olsun seninkimi vetenperver oglanlara ewq