
Mahmudova Günel Rasim qızı 24 oktyabr 1986-cı ildə Goranboy şəhərində anadan olmuşdur.1993-cü ildə Bakı şəhəri Nəsimi rayonundakı 46 saylı orta məktəbin 1-ci sinifinə getmişdir.Orta məktəbilləri ərzində özünü aktiv şagird kimi göstərmiş, məktəbin təşkil etdiyi tədbirlərdə fəal iştirakına görə fəxri fərmanlarla təltif edilmişdir. 2004-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmiş və qəbul imtahanlarında 564 bal toplayaraq Bakı Dövlət universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakultəsinə daxil olmuşdur. Günel Beynəlxalq münasibətlər ixtisasını seçmiş və bu ixtisas üzrə təhsilini davam etdirmişdir.
2006-cı ilin aprel ayından “İRƏLİ” ümumrespublika gənclər hərəkatına üzv olmuş və ictimai fəaliyyətdə özünü aktiv gənc kimi göstərmişdir. Hərəkatda olduğu cox az bir müddət ərzində “İRƏLİ”-nin təşkil etdiyi Fransız və İnglis dilləri üzrə müəllimə kimi fəaliyyət gostərmiş, bir çox gəncin xarici dillərdə maarifləndirilməsində böyük rol oynamışdır. Bir neçə böyük layihələrdə iştirak etmiş və qısa müddət ərzində “Beynəlxalq əlaqələr və Qarabag” departamentinə daimi üzv seçilmişdir. “İRƏLİ” ümumrespublika gənclər hərəkatının təşkil etdiyi “Xəzər incisinin yeddi mirvarisi” layihəsı məhz Günel Mahmudovanın ideyası əsasında həyata keşirilmişdir.
Bəli Günel haqqında çox şey yazmaq olar… O dünyasını dəyişib düzdür. Ancaq bizim üçün yəni onu sevənlər üçün Günel daim ürəklərdədir….
Bu gün Günelin ad günü idi. 23 yaşı tamam olurdu. Mən içimdə keçirdiklərimi yazıb sizi daha da kədərləndirmək istəmirəm. Sadəcə bir şeyi deyim ki, mənə ölüm hər zaman pis təsir edir. Ancaq hər biri ilə barışmalı oluram, amma Günelin ölümü ilə heç bir zaman barışa bilməyəcəm.
P.S. Bir gün mən ölsəm, məzıma o kəslər gəlsin ki, ürəkləri ilə gəlirlər. ALLAH sənər rəhmət eləsin bacım. Heç kimi və heçnəyi unutmayan Musa Qurbanov!
P.S.
Günelin əldə etdiyi nəaliyyətlər
1)1999- cu il A.S.Puşkinin 200 illiyinə həsr olunmuş tədbirdə aktiv iştirakına görə 6 b sinif şagirdi Günel Mahmudova fəxri fərmanla təltif olunmuşdur
2)1999-cu ildə təhsildə əldə etdiyi ugurlarına, nümunəvi davranışına və sinifin ictimai həyatında aktiv iştirakına görə 6 b sinif şagirdi Günel Mahmudova fəxri fərmanla təltif olunmuşdur
3)2002-ci ilin iyun ayında Turkiyənin Azərbaycanda təşkil etdiyi “Gənclərə yardım” fordunun təlim mərkəzində keçirilən İnglis dili kurslarının “Pre-intermediate” səviyyəsini ugurla bitirdiyinə görə Günel Mahmudova fərqlənmə sertifikatına layiq görülmüşdür.
Və ….. bu qəbildən olan bir çox nəaliyyətlər
Filed under: oktyabr Tagged: | 1986, Günel Mahmudova, ireliwap, Musa, Musa Qurbanov, Rasim, vetenperverler, Vətən, vətənpərvərlər







Nece olub ki, dunyasini deyisib?
Allah sene rehmet elesin menim eziz bacim! Hec dilim gelmir sene rehmet dilemeye! Musa, men seninle raziyam, onun olumu ile men de barisha bilmeyeceyem!
Men Gunelin anasi Terane xalaya, atasi Rasim muellime allahdan sebr dileyirem!
AMIN…..