“Müasir Azərbaycan” adlı inşa müsabiqəsi

1s

2s

3s

Bildiyimiz kimi “28 may” Azərbaycan respublikasının tarixində çox önəmli günlərdən biridir.

1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu hakimiyyət 23 aylıq fəaliyyətdən sonra 1920-ci ilin aprelin 27-də süqut edib.

İllər sonra, daha düzünü desək 71 il sonra Azərbaycan xalqı öz dövlət müstəqilliyini yənidən bərpa etmişdir.
Müstəqil yaşamaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır. Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur. Buna misal kimi müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldənizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin adını çəkə bilərik.

Həmin vaxtdan bəri xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir.

Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respublikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir. Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.Respublikamızda dövlət quruculuğunun əsasları bu Konstitusiya ilə təsbit olunub. Konstitusiyamıza əsasən, Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlətdir və ölkədə hakimiyyətin yeganə mənbəyi xalqdır. Müstəqil Azərbaycanın həyatında başqa bir əlamətdar hadisə 1994-cü ilin əvvəlində baş vermişdir – milli valyutamız manatdan ölkədə yeganə ödəniş vasitəsi kimi istifadə olunmağa başlanılmışdır.

Bütün bunların sayəsində respubilikamızda həyat dəyişir, insanların rifah halı yaxşılaşır, yeni-yeni sosial layihələr həyata keçirilir, paytaxda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır. Yeni tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur.

Bildiyimiz kimi, bu cür əlamətdar günlərdə heç də hər bir orta məktəbdə tədbirlər keçirilmir. Bu gün orta məktəb şagirdlərinə vətənə məhəbbət, onun rəmzlərinə hörmət və s. kimi hisslərin aşılanma dərəcəsi elə də ürəkaçan deyildir. “28 May” tarixini bayram günü kimi qeyd edirik, amma, heç də hamı bu günün nə üçün bayram günü kimi qeyd edildiyini bilmir.

Təqvimimizdə olan bu cür günlər şagirdlərin yaddaşında sadəcə istirahət günü kimi qalmaqdadır. Bu və başqa əlamətdar günlərdə, orta məktəblərdə əlavə tədbirlər keçirilmir və ya keçirilsə belə sadəcə standart mühazirə kimi olur ki, bu da adi dəsrslərdən fərqlənmir.

5 Cavab

  1. Salam Cox – cox xahiw edirem bu insha musabiqesi haqqinda daha etrafli melumat verilsin. Hansi mektebde kecirilib, kimler kecirdib, kimler arasinda kecirdib. Birde ki, niye bele az ushaq istirk edib bu layihede? Deyerdiz mene men men size usaq tapardim zali dolduraradiz. :) )))))))))))))))))))))))))))))))))))))))

  2. Salam daha etrafli melumat verilib yeterince … Bize say deyil netice onemlidir ki lazim olan neticeni elde etdik ve gelecekde bu mekteblerle daha six elaqeler yaradib genishmiqyasli ish goreceyik . Bir defe her sheyi replika , lag ile qarshilamayin …

  3. Salam. Bizim mektebde her facielerle, her tarixi hadiselerle bagli tedbirler kecirilir. Bu tedbirlerde sizin de istirakinizi gozleyirem. Inaniram ki, devetimi yere salmazsiniz. Cavabinizi gozleyecem…Mail adresime yaza bilersiniz..
    yeter@box.az

  4. UNUTMA !!!
    Xocavənd 02.10.92
    Xocalı 26.02.92
    Şuşa 08.05.92
    Laçın 18.05.92
    Kəlbəcər 01-04.04.93
    Ağdərə 07.07.93
    Ağdam 23.07.93
    Cəbrayıl 18.08.93
    Füzuli 23.08.93
    Qubadlı 31.08.93
    Zəngilan 30.10.93

  5. Bildiyimiz kimi “28 may” Azərbaycan respublikasının tarixində çox önəmli günlərdən biridir.

    1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu hakimiyyət 23 aylıq fəaliyyətdən sonra 1920-ci ilin aprelin 27-də süqut edib.

    İllər sonra, daha düzünü desək 71 il sonra Azərbaycan xalqı öz dövlət müstəqilliyini yənidən bərpa etmişdir.
    Müstəqil yaşamaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır. Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur. Buna misal kimi müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldənizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin adını çəkə bilərik.

    Həmin vaxtdan bəri xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir.

    Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respublikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir. Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.Respublikamızda dövlət quruculuğunun əsasları bu Konstitusiya ilə təsbit olunub. Konstitusiyamıza əsasən, Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlətdir və ölkədə hakimiyyətin yeganə mənbəyi xalqdır. Müstəqil Azərbaycanın həyatında başqa bir əlamətdar hadisə 1994-cü ilin əvvəlində baş vermişdir – milli valyutamız manatdan ölkədə yeganə ödəniş vasitəsi kimi istifadə olunmağa başlanılmışdır.

    Bütün bunların sayəsində respubilikamızda həyat dəyişir, insanların rifah halı yaxşılaşır, yeni-yeni sosial layihələr həyata keçirilir, paytaxda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır. Yeni tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur.

    Bildiyimiz kimi, bu cür əlamətdar günlərdə heç də hər bir orta məktəbdə tədbirlər keçirilmir. Bu gün orta məktəb şagirdlərinə vətənə məhəbbət, onun rəmzlərinə hörmət və s. kimi hisslərin aşılanma dərəcəsi elə də ürəkaçan deyildir. “28 May” tarixini bayram günü kimi qeyd edirik, amma, heç də hamı bu günün nə üçün bayram günü kimi qeyd edildiyini bilmir.

    Təqvimimizdə olan bu cür günlər şagirdlərin yaddaşında sadəcə istirahət günü kimi qalmaqdadır. Bu və başqa əlamətdar günlərdə, orta məktəblərdə əlavə tədbirlər keçirilmir və ya keçirilsə belə sadəcə standart mühazirə kimi olur ki, bu da adi dəsrslərdən fərqlənmir.

    Filed under: May | Tagged: 1918, 28 may, 28 may respublika günü, ireliwap, irəli, irəli ictimai birliyi, Lökbatan qəsəbəsi, Qaradağ, Qaradağ rayonu, vətənvərvər, wordpress, İrəli İc, İrəli İctimai Birliyi Qaradağ rayon təşkilatı

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.