
Bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib. Təkbətək görüşdən sonra iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılıb. Görüş və danışıqlardan sonra İ. Əliyev və R. T. Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Azərbaycan prezidenti İ. Əliyev ikitərəfli münasibətləri, iqtisadi əlaqələrin mövcud durumu və perspektivlərini, enerji məsələsini, bölgədəki vəziyyəti və Dağlıq Qarabağ probleminin həlli yollarını müzakirə etdiklərini açıqlayıb. İki ölkə arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan İ. Əliyev Azərbaycan və Türkiyə xalqlarının qardaşlığına diqqət çəkib: “Azərbaycan-Türkiyə əlaqələri böyük tarixə malikdir və çoxşaxəlidir. Biz həm bu əlaqələrin inkişafı, həm də bölgədə sülh əldə edilməsi üçün birgə səylər göstəririk, beynəlxalq məsələlərlə bağlı birgə mövqedən çıxış edirik. Biz istəyirik ki, bölgədə sülh nə qədər mümkündürsə, o qədər tez əldə olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin, bölgədə əməkdaşlıq genişlənsin. Çox səmimi söhbət oldu, bir çox məsələyə aydınlıq gətirildi və mən bundan çox razıyam. Gələcək əməkdaşlıq və birgə fəaliyyət üçün gözəl imkan yarandı”.
R. T. Ərdoğan isə sözlərinə dost və qardaş Azərbaycanda olmaqdan məmnunluq duyduğunu ifadə etməklə başlayıb: “Dəyərli qardaşım İlham Əliyevlə ikitərəfli əlaqələri ən geniş mənada müzakirə etdik. Bu görüş tarixdən bu yana davam edən bərabərliyimizə kölgə salmaq istəyənlərə ən gözəl cavabdır. Münasibətlərimizdə “bir millət-iki dövlət” anlayışı davam edir. Azərbaycanın Dağlıq Qarabağ məsələsində həssaslığı bizim həssaslığımızdır. Bu məsələ ilə bağlı spekulyasiyalar bizim üçün qəbuledilməzdir. Burada səbəb-nəticə əlaqəsindən söhbət gedir. Dağlıq Qarabağın işğalı səbəbdir, Ermənistanla sərhəd qapısının bağlanması isə nəticədir. Azərbaycan torpaqları işğal edildiyi üçün biz qapıları qapatdıq. İşğal aradan qaldırılmasa, qapılar açıla bilməz. Bunu Bakıda çox açıq və konkret şəkildə ifadə edirəm. Digər tərəfdən, Minsk Qrupu da müzakirələri sürətləndirməli və yekun nəticə əldə olunmalıdır. Təbii ki, son qərarı dəyərli qardaşım İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan verəcək. Bu qərardan sonra biz də üzərimizə düşəni edəcəyik”.
P.S. Mənbə: http://xezerxeber.com/xeber.aspx?id2=5&id=2127
P.S. Əlavə olaraq o kəslərə səslənirəm ki, Turkiyə ilə Azərbaycanın münasibətlərinə xələl gətirmək istəyir. O kəslərə səslənirəm ki, Türk saytlarında girib həm özlərini həm də qarçı tərəfdən olanları biabır edir. O insanlara səsələnirəm ki, qanlarında bir türk qanı axdığını hiss etdmir. O adamlara səslənirəm ki, 1918-ci ili unudur və nahayət,….. o kəslərə səslənirəm ki, o kəslər ki, həqiqətən Türkiyə-Azərbaycan qardaşlığını gözləri götürmür və münasibətlərin korlanması üçün əlindən gələni edir.
Siz bir şeyi başa düşmürsünüz. “Türkün türkdən başqa dostu yoxdur”, “Biz 1 millət 2 dövlətik” Bu sözlərin müqəddəsliyini dərk etmirsiniz. Hər bir ölkədə qeyri-normal insanlar olur. Ancaq bu insanların varlığı bizim ümumi prisnsiplərə xələl gətirə bilməz. “Pis xalq ola bilməz, xalqın pis nümayəndələri ola bilər” və bu kimi insanlardır ki, bizi ayırmaq istəyir. Ancaq bizim məqsədimiz birdir. Necə ki, uzun illər bir-birimizə dəstək olmuşuq, indi də belə olmalıyıq. Onsuzda bütün Türk dövlətləri ayrı-ayrılıqdadır demək olarki, Barı biz ayrılmayaq , aramıza kimsəni buraxmayaq.
Bu gün həqiqətən mənim üçün çox xoş bir gün oldu. ADNA faciəsindən sonra, demək olar ki, ən sevindiyim bir hadisənin şahidi oldum. Erdogan tam gözlədiyim kimi çıxış etdi. Və nəyin bahasına olursa olsun ermənilərlə sərhədi sizin razılığınız olamadan açmayız deməsi … şəxsən mənim özümdə sevinc hissi oyatdi ki, biz tək deyilik.
O uzdən də inanıram ki, ermənilər ALLAH qoysa bu iqtisadi böhranda boğulacaq və inshALLAH məcbur qalıb torpaqlarımızı qaytaracaqlar.
Mən bu yazını yazanda hər şeyi düşündüm. Kimlərinsə girib replika atacaqlarını, Azərbaycanın qazını, dini, siyasəti bu məsələyə qarışdıracağını da düşündüm, amma hər kəsə bir sözüm var! Bir insan bir vətəndaş başqa bir ölkənin Milli Məclisinə gəlib, qardaşlar deyib xitab edirsə və sonda bizim himnimizin sözlərini deyirse…….. O adamla mən şəxsən hər zaman varam
P.S. ALLAH türkün hər zaman yanında olsun . Dualarımla Musa
Filed under: Aprel Tagged: | 1 miilət, 2 dövlət, ADNA, Azərbaycan, dualarimla, erdogan, ermeni, ireli, ireliwap, millət, Musa, sərhəd, Türkiyə, Terror, vətənpərvər






