“24 aprel qondarma erməni soyqırımı”

91

99


Bildiyiniz kimi 24 aprel bəzi ölkələrdə qondarma erməni soyqırımı günü kimi tanınıb. Bu gün həqiqətən ermənilərin türklər tərəfindən soyqırıma məruz qaldığı qəbul olunub. Ancaq Azərbaycan xalqı bilir ki, bu ağ yalandan başqa bir şey deyildir və əsl soyqırım 31 mart 1918-ci il, 26 fevral 1992-ci ildir ki, bunları da ermənilər bizə qarşı törədib.

“İRƏLİ” İctimai Birliyi “24 Aprel – Erməni soyqırımı”nı ifşa etmək və bununla bağlı yerli və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə silsilə tədbirlər keçirmişdir. Buna misal olaraq 2006-cı ildən başlayaraq Professor Erik Fayqlın iştirakı ilə keçirilən “Ermənisayağı həqiqətlər və ya qondarma erməni soyqırımı” adlı elmi-praktiki konfrans, “Ermənilərin gerçək tarixi”, “Tarix olduğu kimi” və s. beynəlxalq konfransları göstərmək olar.

24 aprel 2009-cu il tarixdə “İRƏLİ” İctimai Birliyinin Qaradağ rayon təşkilatı da bu gün ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirdi.

İlk öncə saat 08:00-11:00 arasında ali məktəblərin önündə tələbə gənclərə “24 aprel-qondarma erməni soyqırımı” mövzusunda broşurlar paylandı.

Sonra saat 14-00 da Qaradağ rayonu lökbatan qəsəbəsində yerləşən milli qəhrəman Səxavət Məmmədov adına 106 saylə orta məktəbdə “24 aprel-qondarma erməni soyqırımı” mövzusunda diskusiyya klubu keçirildi. Orta məktəb şagirdlərinə video materiallar nümayiş etdirildi. “24 aprel-qondarma erməni soyqırımı” mövzusunda broşurlar paylanıldı.

Daha sonra isə saat 17:00-dan etibarən Qaradağ rayon Sahil qəsəbəsində yerləşən internet klublarının birindən xarici ölkələrin dövlət strukturlarına qondarma erməni soyqırımı haqqında düzgün tarixi faktları çatdırmaq məqsədilə internet-aksiya həyata keçirildi.

Qaradağ rayon təşkilatı bundan sonra da bu səpgidə tədbirlərin keçirməsinə böyük yer verəcəkdir.

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.