Hamıya məlumdur ki, 12 noyabr Azərbaycan konstitusiya günüdür. Bu münasibətlə “Vətənpərvərlər klubu”-nun 2 aktiv üzvü Sahilə Aslanova və Aygün Şahbazova Bakı Dövlət Universitetində tələbələr arasında sorğu keçirdi. Görəsən Azərbaycan gənclərinin konstitusiyamiz haqqında məlumatları hansı səviyyədədir? Əgər onlara konstitusiyamızda dəyişiklik etmək imkanı verilsəydi, onlar hansı dəyişiklikləri edərdilər?
Sorğu 4 sualdan və konstitusiyamıza fikir bildirmək üçün əlavə olunmuş qrafadan ibarət idi.
Suallara verilən cavab isə aşağıdakı kimi idi:
1.Konstitusiyanın qəbul olunma ili? – 81 düzgün 11 səhv
2.Konstitusiya neçə bölmədən ibarətdir?- 71 düzgün 11 səhv
3.Konstitusiya neçə fəsildən ibarətdir?- 64 düzgün 26 səhv
4.Konstitusiya neçə maddədən ibarətdir?- 20 nəfər düzgün 52 nəfər səhv
Tələbələrin içində bəzi suallara cavab verməyənlər də oldu.
Ən sonda isə əlavə olaraq, tələbələrə konstitusiyamıza aid fikirlərini paylaşmaq üçün blankda əlavə yer də verilmişdi ki, tələbələr konstitusiyamıza aid fikir və rəylərini orda bildirdilər.
1. Aviasiya iqtisadiyyatının inkişafına dair maddə əlavə edilməsinə dair həmçinin gənclər ilinin yenidən olmasını rica edirəm.
2. Prezidentin seçkilərdə yalnız bir dəfə iştirak etməsi.2ci müddətə seçilməməsi.
3. Olmayacaq bir hadisə haqqında danışmağa ehtiyac yoxdu.
4. Konstitusiyamız yaxşıdı, amma təəssüflər olsun ki,ona əməl edən yoxdur. Kontitusiya ancaq vərəqdə qalıb.
5. Mən bir tələbə olaraq Azərbaycan konstitusiyası haqqında fikrim müsbətdir.Əgər mənə hər hansı bir dəyişiklik və ya konstitusiyaya əlavə etmək imkanı verilsə heç bir dəyişiklik və əlavə etməzdim.
6. 1) Hərbi xidmətdən yayınanlara ömürlük həbs cəzası tətbiq eləsin.2)Ölkə parlamentli respublika elan edilsin.3) Azərbaycanda doğulmayan Azərbaycan prezidenti olmasın.
7. Konstitusiya haqqında fikrim gözəl,amma o çərçivədə yerinə yetirilənlərə qarşı fikrim mənfidir.Çünki bir çox insanlar konstitusiya eləcə də hüquq müstəvisində olan işlərdən öz mənfəətinə görə işlədirlər. Aşağı təbəqənin insanlarının haqlarını tapdalayırlar.
8. Konstitusiyada söz azadlığına bir daha baxılmasını xahiş edirəm.Çünki bu bölmə yalnız kağız üzərindədir.Çünki bir mitinq olan zaman asayiş keşikçiləri həmvətənlərimizlə qəddar davranırlar.
9. Mən bir tələbə olaraq ölkəmizdə ilahiyyata daha geniş yer ayrılmasını istərdim.Ələlxüsus məktəblərdə yeniyetirmələrimizə ilahiyyat dərslərini geniş şəkildə keçirilməsi.
10. Azərbaycanda monopoliya sisteminin ləğv edilməsini istərdim.
11. Konstitusiya dövlətimizin ali qanunu və ali sənədidirş Çox təəssüflər olsun ki, qəbul olunan qanunlar verilen sərəncamlar sadəcə olaraq stol üstündə qalır. Azərbaycanda qanun konstitusiya deyil, qanun puldur.
12. Konstitusiyamız çox mükəmməldir. Bunu etiraf etmək lazımdır. Ali bakalavr təhsili ilə magistr təhsili arasında hərbi xidmət düzgün deyil. Bu dəyişilməlidir.
13. Əgər versəydilər, gəncləri nəzərə alacaq qanunların genişlənməsinə imkan verərdim.
14. Bizim konstitusiya S.S.R.İ-nin 1936-cı il konstitusiyasından heç bir şeylə fərqlənmir. İnsan azadlığı üçün hər şey var, tətbiq etmə məsələsi çox qüsurludur.
15. Konstitusiyada təhsil haqqında qanunun tərkibinə ali təhsil ocaqlarından təyinatların verilməsi nəzərdə tutulsun.
P.S. Tələbələr arasında Holllandiyanın konstitusiyasını da dəstəkləyənlər oldu. Ancaq biz o fiklirləri burda açıq-aydın yaza bilmədik….
Filed under: Noyabr | Tagged: 12 noyabr konstitusiya gunu munasibetile BDU-da sorgu k, Add new tag, ireli, vetenperverler klubu









bu sorgu cox yaxsi oldu.telebeler bilmediklerini oyrendi en azindan.suallara verilen cavablar hec de urek acan deyil mence,ama telebelerin fikirleri cox maraqliydi.
Zehmeti olan her kese tesekkurler.Amma neticeler urek acan deyil….
neticeler biabrciliqdi. bu gencler hec ne ile maraqlanmirlar. oz huququnu bilmirsense onu nece mudafie edeceksen?
Men de BDU- nu bitirmishem.Amma sorguya baxandan sonra 100 faiz emin oldum ki sorgu BDU Ireicileri arasinda aparilib:)