2008-ci il fevral ayının 16-da “İRƏLİ” ÜGH-nın “Vətənpərvlər klubu” Xətai rayonunda yerləşən Milli Qəhrəman Murad Hacıyev adına 116 saylı orta məktəbdə “Mən vətənpərvərəm” və ya “Azərbaycan övladı vətənini sevməlidir” adları altında inşa müsabiqəsinə start verdi.
Müsabiqə 7 və 8-ci sinif şagirdləri arasında keçirilir. Müsabiqənin məqsədi gələcək nəslin vətənpərvər ruhda böyüməsində, şagirdlər arasından aktiv yeniyetmələri seçib onların gələcəkdə daha böyük ugurlar qazanmasında müəyyən bir rol oynaya bilmək, orta məktəb şagirdlərinə vətənpərvərlik ruhunun aşılanmasıdir. Biz düşünürük ki, problemlərimizi bu cür yol ilə həll edə bilərik. Cavan nəslin unutqan olması, vətənpərvərlik ruhunun aşağı səviyyədə olması kimi problemləri aradan qaldırmaq üçün “İRƏLİ” ÜGH olaraq bu davamlı layihəyə start vermeyi qərara aldıq.
Orta məktəb şagirdləri ilə görüşümüz çox maraqlı oldu, məktəbin rəhbərliyi tərəfindən yaxşı qarşılandıq. 130-a yaxın şagirdin iştirak etdiyi akt zalındakı 1 saatlıq görüşümüzdə ilk öncə klubun aktiv üzvlərindən olan Günel Əliyeva “İRƏLİ” UGH haqqında qisa məlumat verdi.Daha sonra klubun digər aktiv üzvü Nəsibə İmanverdiyeva Vətənpərvərlik haqqında böyük bir məqalə oxudu. Sonda isə şagirdlərə İnşa müsabiqəsi və onun şərtləri barədə məlumat verildi.
2 həftədən sonra Klubun aktiv üzvü eyni zamanda bu tədbirin təşkilatı işlərinin müəllifi Elnur Böyükzadə hazir olan inşaları məktəbdən təhvil alacaq. Yığılmış inşalardan yalnız biri qalib adına layiq görüləcək, inşanın müəllifi mukafat ilə təltif olunacaq və onun məqaləsi İrəli-Press qazetində, İreli.az və İreliwap.com saytlarında yerləşdiriləcəkdir.
1,2 və 3-cü yerlərin qaliblərinə “İRƏLİ UGH” adından Təşəkkurnamə də təqdim ediləcəkdir.
P.S. İRƏLİ UGH “Vətənpərvərlər” klubu Xətai rayonu ilə kifayətlənməyəcək ilk öncə bu rayondakı bütün orta məktəblərdə daha sonra Bakı şəhərinin bütün rayonlarının orta məktəblərində də bu cür tədbirlər keçirəcəyik.
Bizim hamimizin bir arzumuz var. Bu cür inşa müsabiqələrini Qarabağımızın orta məktəblərində də kecirək. İNŞALLAH bu da olacaq
Dualarimla Musa
Filed under: Fevral Tagged: | ireli, orta mektebde vetenperverlik haqqinda insa musabiqesi, vetenperverler klubu








Musa seni tapdim Musa
Ravik … Lenin babaya dua et ki men seni tapmayim!!!
ESQ OLSUN AZERBAYCANA
Hey Musa , You are Bullshit , You are little bag of bullshit