Azərbaycan övladı vətəni sevməlidir.
Vətən torpağı mənə və milyonlarla mənim soydaşlarıma candan əziz olmalıdır.Mənim üçün vətəndən müqəddəs, əziz heç nə yoxdur. Sevirəm vətənimi! Dünyalar qədər! Hər birimizin ayrı -
ayrılıqda anamız var. Vətəndə hamımızın anasıdır! Vətəni sevmək hamımızın və hər bir Azər -
baycan övladının borucdur.
Vətən anlayışı insanın həyatında böyük yer tutur. İnsan yaşlarından vətənin doğmalığını, onun təkrarolunmazlığını və ya sadəcə olaraq “Ana vətən” kəlməsini insan qəlbində yaratdığı istiliyi duyur. Yəni biz hər birimiz körpə olarkən ana və atalarımızın dilindən vətən anadır kəl -
məsi eşidirik. Çünki bizim ilk addımlkarımız bu toprağa deyib, körpə olarkən bu torpaqda yaşa-
yırıqsa, bu torpaq havasını udub, suyunu içiriksə, bizə bu torpaq həyat veribsə, deməli biz bu tor-
paq həyat veribsə, deməli biz bu torpağın vətəndaşıyıq, bu torpağın oğullari və qızlarıyıq.
Bütün mənliyimizlə ana vətənimizə – Azərbaycanımıza borcluyuq. Hər bir insan yurduna sadiq və laiq vətəndaş olmağı üçün əlindən gələni əsirgəməməlidir. Biz hamımız Azərbaycan dövlətinin vətəndaşıyıq, biz Azərbaycanımızı çiyinlərimizə qaldırıb, işıqlı sabahlara, aydın gələ-
cəyə aparmalıyıq. Düşmənləri qəlbimizdəki vətən sevgisinin, vətən məhəbbətinin atəşi ilə məhv etməliyik. Torpaqlıarımızı azad etmək üçün, analarımızın gözunden yaşı silmək üçün, gecələr rahat yatmaq üçün, şəhidlərimizin qanını yerdə qoymamaq üçün ayağa qalxmalıyıq! Bütün Azərbaycan ayağa qalxmalıdır! Qalx ayağa Azərbaycan!!!
Düşmən nə qədər hiyləgər olsada o, Azərbaycan övladlarının qarşısında qorxaq, acizdir, çünki Azərbaycanının şir ürəkli oğulları vardır! Koroğlu, Babək, Nəsimi kimi güclü ovladlar ye-
tişdiriblər. Mərd oğulları torpaq uğrunda həlak olsalarda onları nə vətən, nə də ki, x alqımız unutmur, əksinə onlar bizim qəlbimizdə yaşayır və yaşayacaqdır. Vətən üçün ölmək, canindan
keçmək necə də gözədir?!
Vətən müqəddəsdir, Vətən pakdır, Vətən ülvidir. Vətən sevənlərin gözü tək safdır, aydan nurlu, sudan durudur. Vətən ana südü qədər şirin, təmizdir, ana qucağı tək istidir, ana nəfəsi kimi doğmadır.
Bir filmdə eşitdiyim söz heç yadımdan çıxmır: “Demə ki, Vətən mənim üçün nə edib, de ki, mən Vətən üçün nə etmişəm.” Həqiqətəndə çox gözəl sözlərdir. Vətəni yaşadanda, onu ucal -
danda, şərəfləndirəndə bizik – Vətən övladları.
Vətən torpağı bizim üçün toxunulmaz və müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini bütün qəlbi ilə, cani və qanı ilə sevir, onun azadlığı və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır.
Mən də öz ölkəmin azad vətəndaşıyam. Vətən qarşısında mən də bütün həyatımı bütün varlığımla borcluyam. Lazım gəlsə canımı da bu vətənə qurban verərəm. Biz hər an vətənin keşi -
yindəyik, hər an canımızla, qanımızla onu mudafiəyə hazırıq. Vətən yalnız ona görə böyük deyil ki, onun bir qəhrəmanlıq keçmişi, sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən ona görə böyük və qiymətlidir ki, onda ”ölməz könül”, ”ölməz əsər” vardır.
Hər bir Azərbaycan övladı vətənini qorumalı və onu öz anası tək sevir və sevməlidir. Bu hamımızın borcudur.
Filed under: Fevral Tagged: | ireli, musabiqede 3-cu yer tutmush shagirdin inshasi, vetenperverler klubu







