Posted on Oktyabr 24, 2009 by Patriot

Mahmudova Günel Rasim qızı 24 oktyabr 1986-cı ildə Goranboy şəhərində anadan olmuşdur.1993-cü ildə Bakı şəhəri Nəsimi rayonundakı 46 saylı orta məktəbin 1-ci sinifinə getmişdir.Orta məktəbilləri ərzində özünü aktiv şagird kimi göstərmiş, məktəbin təşkil etdiyi tədbirlərdə fəal iştirakına görə fəxri fərmanlarla təltif edilmişdir. 2004-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmiş və qəbul imtahanlarında 564 bal toplayaraq Bakı Dövlət universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakultəsinə daxil olmuşdur. Günel Beynəlxalq münasibətlər ixtisasını seçmiş və bu ixtisas üzrə təhsilini davam etdirmişdir.
2006-cı ilin aprel ayından “İRƏLİ” ümumrespublika gənclər hərəkatına üzv olmuş və ictimai fəaliyyətdə özünü aktiv gənc kimi göstərmişdir. Hərəkatda olduğu cox az bir müddət ərzində “İRƏLİ”-nin təşkil etdiyi Fransız və İnglis dilləri üzrə müəllimə kimi fəaliyyət gostərmiş, bir çox gəncin xarici dillərdə maarifləndirilməsində böyük rol oynamışdır. Bir neçə böyük layihələrdə iştirak etmiş və qısa müddət ərzində “Beynəlxalq əlaqələr və Qarabag” departamentinə daimi üzv seçilmişdir. “İRƏLİ” ümumrespublika gənclər hərəkatının təşkil etdiyi “Xəzər incisinin yeddi mirvarisi” layihəsı məhz Günel Mahmudovanın ideyası əsasında həyata keşirilmişdir.
Bəli Günel haqqında çox şey yazmaq olar… daha artıq oxu »
Filed under: oktyabr | Tagged: 1986, Günel Mahmudova, ireliwap, Musa, Musa Qurbanov, Rasim, vetenperverler, Vətən, vətənpərvərlər | 2 Comments »
Posted on Oktyabr 19, 2009 by Patriot
Bu gun 19 oktyabr tarixində ADİU-nin “Biznes İnzibatçılığı” fakultəsində 18 oktyabr Müstəqillik gününə həsr olunmuş “Xalqın səsi-müstəqillik” adlı tədbir keçirildi.



Filed under: oktyabr | Tagged: 18 Oktyabr, 18 oktyabr-musteqillik gunumuzdur, ADIU, IRS, Musa Qurbanov, vetenperver, Vətən, vətənpərvər | 2 Comments »
Posted on Oktyabr 16, 2009 by Patriot

“Cəsurlar 1 dəfə, qorxaqlar isə min dəfə ölər”, “Cəsarət öyrədilməz qazanılır”. Vaxtilə deyilmiş bu sözləri hamımızın yaxşı tanıdığı Savalan Cabbarova aid etmək olar. Onun ölümü haqqda olan həqiqətləri artıq bütün Azərbaycan bilir.
Məhz bu gün oktyabr ayının 16-sı onun 22 yaşı tamam olurdu. Ancaq o bu 22 yaşını öz doğmaları və yaxınları ilə deyil, ALLAHın ona nəsib etdiyi məkanda o biri dünyada qeyd etdi.
Bütün sadiq insanlar kimi biz də öz növbəmizdə bu gündə Savalanı tək qoymadıq. Ad günündə onun qəbrini ziyarət etdik. Həmən gün faciəli şəkildə həlak olmuş Savalan qardaşımız ilə birgə eyni qəbirstanlıqda, eyni yerdə Tamella müəllimə də yatırdı.
Illər keçəcək, ancaq hər bir insan Savalan haqqında maraqlananda bir şeyi eşidəcək. O cəsur bir oğul idi və cəsur kimi də şəhid oldu. ALLAH Savalana və onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin.
P.S. Bir gənc olaraq isə sizdən xahişimiz budur …. Bir insan olaraq düşünün, bu qatil sizin də universitetə daxil ola bilərdi və Savalan kimi cəsur ola bilməsəniz də ən azından onun kimi sizədə güllə dəyə bilərdi. Bunu düşünün və unutmayın! Bu cür günlərdə şəhidləri yad etmək hər bir vətəndaşın borcudur.
Hörmətlə: Unutmayan Musa!
Filed under: oktyabr | Tagged: 16 oktyabr, 30 aprel, ADNA, Cabbarov, ireliwap, Musa Qurbanov, Savalan | 4 Comments »
Posted on Oktyabr 13, 2009 by Patriot
10 oktyabr 2009-cu il tarixində keşmiş klub üzvlərindən Musa Qurbanov və Mirhüseyn Mirhüseynov “Mərkəz” (gündəlik işgüzar və ictimai-siyasi) qazetinin təşkil etdiyi “Uşaq və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsində təhsilin rolu” adlı deyirmi masaya dəvət olundular. Təxminən 2 saat davam edən bu dəyirmi masada maraqlı fikirlər söylənildi. Gələcəkdə bu istimətdə hansı işlərin görülməsi haqqda müzakirələr aparıldı. Dəyirmi masada “İrəli” İctimai Birliyinin üzvlərindən başqa “Təfəkkür” , BDU , BSU, universitetinin tələbələri, Gənclər İdman Nazirliyindən Əli Məmmədov, 21 saylı Bakı şəhəri uşaq yaradıcılıq birliyindən Fatma Təhməzova, Bakı şəhəri Təhsil İdarəsindən Əliyev Rövşən, Respublika uşaq təşkilatından Roza Fərzəliyeva, Uşaq hüqüqları üzrə QHT alyansından isə Dadaş Əhmədov, “Mərkəz” qazetinin baş redaktorunun 1-ci müavini Nicat Sadıqlı da iştirak etdi.
P.S. “Mərkəz” qazeti bu cür dəyirmi masaların bu layihə çərçivəsində bir neçə dəfə keçiriləcəyini də vurğuladı, növbəti görüş 7 noyabr tarixinə planlaşdırılır.




Filed under: oktyabr | Tagged: ireli, ireliwap, irəli, Mərkəz Merkez İreli İrəli iRELIWAP Ireliwap Vetenperver Vətən Vətənpərvər oktyabr Roza Mirhüseyn Musa Qurbanov Uşaq və gənclərdə Təfəkkür BDU BSU, Musa Qurbanov | Leave a Comment »
Posted on Sentyabr 7, 2009 by Patriot
Bakıda və ətraf rayonlarda yaşayan insanların ən çox üz tutduqları müqəddəs yerlərdən biri də Mirmöhsüm Ağa ziyarətgahıdır. Digər ziyarətgahlardan fərqli olaraq bu Ağanı ziyarət etmək istəyən insanlar iki ünvana – Ağanın doğulub, boya-başa çatdığı İçərişəhərdəki evinə və Şüvəlanda dəfn olunduğu məzara üz tuturlar. Ağa Seyid Əli Mirmövsümzadənin vəfatından uzun illər keçməsinə baxmayaraq , ötən illər insanların ona olan inamını söndürə bilmədi. Bugünədək , sadə siravi insanlardan tutmuş məşhur insanlara qədər hər kəs Ağanın «möcüzə törətmək» qabiliyyətinin nə vaxt, necə, hansı şəkildə üzə çıxmasını, düşünürlər və vaxtaşırı onun dəfn olunduğu məzari zaiyarət edirlər.
Ireliwap.com saytının istfadəçiləri də 06 sentyabr bazar günündə “Mirmöhsüm ağa”-nın dəfn olunduğu məzarı ziyarət etdi. Ramazan ayında gerçəkləşən bu ziyarətdə 40 nəfərə yaxın gənc iştirak etdi. Cəmiyyətimiz tərəfindən bu cür ziyarətlər birmənalı qarşılanmasa belə Ağanın qeyri-adi fenomen bir insan olduğu bir faktdır. ALLAH bütün insanların ziyarətini qəbul etsin.




Filed under: sentyabr | Tagged: Mirmöhsüm ağa Mirvövsüm ağa Vətənpərvərlər İrəli gənc Vetenperver Ireli Ireliwap Ireliwap.com Mirmovsum aga Musa Qurbanov Qurbanov Musa Wap Ireli | 2 Comments »
Posted on Avqust 27, 2009 by Patriot
Hər zaman olduğu kimi “Ireliwap.com” saytının üzvləri 26 avqust tarixində “Şəhidlər xiyabanı” nı ziyarət etdilər. 40 -a yaxın gəncin toplaşdığı bu gün də bütün şəhidlərlə yanaşı Çingiz Mustafayevində məzarı ziyarət edildi. Bildiyiniz kimi 29 avqust Çingiz Mustafayevin doğum günüdür. Milli qəhrəmanın doğum günü ilə bağlı planlaşdırılmış tədbir müəyyən səbəblər üzündən təşkil olunmasa da biz onu heç zaman unutmadığımız kimi bu il də unutmadıq. Bu il onun 49 yaşı tamam olur.
ALLAH Çingizə və bütün şəhidlərimizə rəhmət eləsin. Amin!!!




Filed under: Avqust | Tagged: Çingiz Çingiz Mustafayev İrəli wap Ireliwap.com Ireliwap Şəhidlər xiyabanı Milli qəhrəman 29 avqust 26 avqust | 2 Comments »
Posted on İyun 27, 2009 by Patriot




Müxtəlif layihələrlə fərqlənən “İRƏLİ”çi gənclər xeyriyyə tədbirlərində də hər zaman aktiv iştirak edirlər. Bu günə qədər onlarla xeyriyyə tədbirləri təşkil etmiş gənclər bu ay da xeyriyyə tədbiri kemirdilər.
Belə ki, 26 iyun “İRƏLİ” İctimai Birliyinin “Ireliwap.com” saytı Bilgəh qəsəbəsindəki 1 saylı “Qocalar evi”-ni ziyarət etdi. Hər il olduğü kimi bu il də “İRƏLİ” qocaları yad etdi. 170 nəfər sakini olan bu “Qocalar evi” bu gün yüksək əhval-ruhiyyə içində idi. Qocaların üzündə sevinc hissi görünürdü.
Nahar yeməyi olduqdan sonra “İRƏLİ”çilərin aktiv iştirakı ilə geniş konsert proqramına start verildi. Cürbəcür rəqslərlərlə öz məharətlərini göstərən qocaların içindən 2 nəfər, 1-qadın və 1- kişi olmaqla “İRƏLİ” İctimai Birliyi tərəfindən mükafatlandırıldı. Hədiyyələri qazanan qocalar çox həyəcanlı idilər.
Qocalar tədbir boyu fasilələrlə öz ürək sözlərini dedilər. Doyunca oynayıb, rəqs etdilər.
Konsert şənliyində iştirak edə bilməyən qocalara isə nahar yeməyi öz otağında paylanıldı. Onlarla fərdi olaraq səmimi söhbətlər aparıldı, onların istəkləri, problemləri dinlənildi.
Hər dəfə bu cür bir tədbirdən sonra insanın həyata baxıçı dəyişir. İçimizdə “Qocalar evi”-ndə ilk dəfə olanlar da var idi ki, öz göz yaşlarını saxlaya bilmədilər. Həqiqətən bu cür anaların, ataların atıldığını görmək ürəkaçıcı deyil.
P.S. ALLAH heç zaman bizi bu qocaların övladları kimi naşükür övlad, bu qocaların özləri kimi qoca etməsin . Həqiqətən insana çox ağır gəlir. Arzumuz budur ki, bu cür aksiyalar daha tez-tez keçirilsin və gələcəkdə bu cür halların təkrarlanmaması üçün mənəviyyat yönlü maarifləndirmə işləri aparılsın.
Filed under: İyun | Tagged: birlik, ireli, ireliwap, irəli, irəli ictimai birliyi, Musa, Musa Qurbanov, qoca, qocalar, qocalar evi, vetenperverler, vətənpərvər, wap, wap sayt', xeyriyy, İctimai Birliyi | 7 Comments »
Posted on May 26, 2009 by Patriot



Bildiyimiz kimi “28 may” Azərbaycan respublikasının tarixində çox önəmli günlərdən biridir.
1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu hakimiyyət 23 aylıq fəaliyyətdən sonra 1920-ci ilin aprelin 27-də süqut edib.
İllər sonra, daha düzünü desək 71 il sonra Azərbaycan xalqı öz dövlət müstəqilliyini yənidən bərpa etmişdir. daha artıq oxu »
Filed under: May | Tagged: 1918, 28 may, 28 may respublika günü, ireliwap, irəli, irəli ictimai birliyi, Lökbatan qəsəbəsi, Qaradağ, Qaradağ rayonu, vətənvərvər, wordpress, İrəli İc, İrəli İctimai Birliyi Qaradağ rayon təşkilatı | 3 Comments »
Posted on May 17, 2009 by Patriot


17 may 2009-cu il tarixində “İRƏLİ” İctimai Birliyinin qərərgahında hər həftə olduğu kimi bu həftə də siyasi mövzuda mühazirə var idi.
Bu gün Fərhad Məmmədov “Ermənistanı tanıyaq” adlı mövzuya toxunaraq, gənclərə bu haqqda geniş mühazirə dedikdən sonra onların suallarına cavab verdi. Gənclər bu gün onlar haqqında bilmədikləri bir çox məlumatları əldə etdilər. Hər bir cəhətdən özlərində hər zaman yalan formalaşdırmış ernənilər haqqında həqiqətləri eşitmək çox maraqlı idi.
Bu gün keçirilmiş mühazirədə bir neçə vacib məsələlər haqqında da müzakirələr aparıldı ki, bura Türkiyə-Ermənistan münasibətləri və “Sərhəd” mövzusu da aid idi.
P.S. Özünü tanıdığın qədər düşmanını da tanımalısan.
Filed under: Uncategorized | Tagged: 17 may, 17 may 2009, 2009, erməni, Fərhad, geniş, ireliwap, ireliwap.com, irəli, mühazirə, Musa, Terror, vetenperver, vətənpərvər, İctimai Birliyi | Leave a Comment »
Posted on May 13, 2009 by Patriot

Bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib. Təkbətək görüşdən sonra iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılıb. Görüş və danışıqlardan sonra İ. Əliyev və R. T. Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Azərbaycan prezidenti İ. Əliyev ikitərəfli münasibətləri, iqtisadi əlaqələrin mövcud durumu və perspektivlərini, enerji məsələsini, bölgədəki vəziyyəti və Dağlıq Qarabağ probleminin həlli yollarını müzakirə etdiklərini açıqlayıb. İki ölkə arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan İ. Əliyev Azərbaycan və Türkiyə xalqlarının qardaşlığına diqqət çəkib: “Azərbaycan-Türkiyə əlaqələri böyük tarixə malikdir və çoxşaxəlidir. Biz həm bu əlaqələrin inkişafı, həm də bölgədə sülh əldə edilməsi üçün birgə səylər göstəririk, beynəlxalq məsələlərlə bağlı birgə mövqedən çıxış edirik. Biz istəyirik ki, bölgədə sülh nə qədər mümkündürsə, o qədər tez əldə olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin, bölgədə əməkdaşlıq genişlənsin. Çox səmimi söhbət oldu, bir çox məsələyə aydınlıq gətirildi və mən bundan çox razıyam. Gələcək əməkdaşlıq və birgə fəaliyyət üçün gözəl imkan yarandı”.
daha artıq oxu »
Filed under: Aprel | Tagged: 1 miilət, 2 dövlət, ADNA, Azərbaycan, dualarimla, erdogan, ermeni, ireli, ireliwap, millət, Musa, sərhəd, Türkiyə, Terror, vətənpərvər | Leave a Comment »